Qısa məzmun
Cahan Tobacco İnternational Ticarət Marketinqi Koordinatoru (Kürdəmir filialı) vəzifəsi üzrə vakansiya elan edir.
Filiala daxil olan bölgələr aşağıdakılardır:
Kürdəmir, Ağsu, Şamaxı, Mərəzə, Göyçay, Ucar, Zərdab, İmişli.
Daimi yaşayış yeri Kürdəmir olan şəxslərin CV-lərinə öncəlik veriləcəkdir.
Vəzifə öhdəlikləri:
- Etibar edilən ərazidəki pərakəndə satış məntəqələrini ziyarət etmək
- Müştərilərlə tərəfdaş münasibəti qurmaq
- Ərazinin inkişafı və əməkdaşlıq müqavilələrinin bağlanması (avadanlıq, marketinq fəaliyyəti və s. üçün);
- Pərakəndə satış yerlərində bir məhsul kateqoriyasını inkişaf etdirmək;
- Fəaliyyətlərin planlaşdırılması, ərazidəki rəqiblərin fəaliyyətinin monitorinqi, hesabatların hazırlanması;
- Şirkət standartlarına uyğun olaraq məhsulların görünüşünü təmin etmək;
- Satış nöqtələrində qalıqların və məhsulların tam çeşidinin mövcudluğuna nəzarət və distribyutorla əməkdaşlıq.
Namizəd üçün tələblər:
- Cins: Kişi
- Şəxsi avtomobil (Mütləqdir)
- 2 ildən artıq sürücülük təcrübəsi (“B” kateqoriyası);
- Hərbi bilet / şəhadətnamənin olması (çağırışçılar üçün);
- Etibarlı danışıq qabiliyyəti;
- Analitik düşüncə;
- Komandada işləmə bacarığı;
- İngilis dilini bilmək üstünlükdür;
- Satış sahəsində təcrübə üstünlükdür.
Biz təklif edirik:
- Rəsmi iş
- Rəqabətli əmək haqqı
- İş qrafiki – 5/2
Oxşar vakansiya siyahısı:
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...