Qısa məzmun
Cahan Tobacco İnternational Ticarət Marketinqi Koordinatoru (Bərdə və Masallı) vəzifəsi üzrə vakansiya elan edir.
İşə götürən: Cahan Tobacco İnternational
Vakansiya: Ticarət Marketinqi Koordinatoru (Bərdə və Masallı)
Aşağıda qeyd olunan hər bölgəyə 1 vakant yer mövcüddur.
1) Mərkəz-Bərdə (Ağdaş, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Ağdam, Ağcəbədi, Beylaqan, Fizüli)
2) Mərkəz-Masallı (Masallı, Lənkəran, Astara, Biləsuvar, Yardımlı, Lerik)
CV göndərərkən başlıqda müraciyyət etdiyiniz vakansiyanın Bölgəsini mütləq qeyd edin (Bərdə və ya Masallı).
Vəzifə öhdəlikləri:
- – Etibar edilən ərazidəki pərakəndə satış məntəqələrini ziyarət etmək
– Müştərilərlə tərəfdaş münasibəti qurmaq
– Ərazinin inkişafı və əməkdaşlıq müqavilələrinin bağlanması (avadanlıq, marketinq fəaliyyəti və s. üçün);
– Pərakəndə satış yerlərində bir məhsul kateqoriyasını inkişaf etdirmək;
– Fəaliyyətlərin planlaşdırılması, ərazidəki rəqiblərin fəaliyyətinin monitorinqi, hesabatların hazırlanması;
– Şirkət standartlarına uyğun olaraq məhsulların görünüşünü təmin etmək;
– Satış nöqtələrində qalıqların və məhsulların tam çeşidinin mövcudluğuna nəzarət və distribyutorla əməkdaşlıq.
Namizəd üçün tələblər:
- Yaş: 23-35
- Cins: Kişi
- Ali təhsil;
- Şəxsi avtomobil (Mütləqdir)
- 2 ildən artıq sürücülük təcrübəsi (“B” kateqoriyası);
- Hərbi bilet / şəhadətnamənin olması (çağırışçılar üçün);
- Etibarlı danışıq qabiliyyəti;
- Analitik düşüncə;
- Komandada işləmə bacarığı;
- İngilis dilini bilmək üstünlükdür;
- Satış sahəsində təcrübə üstünlükdür.
Biz təklif edirik:
- Rəsmi iş
- Rəqabətli əmək haqqı
- İş qrafiki – 5/2
- Əmək haqqı 800-1000 AZN
E-mail: cv@cti.az
Oxşar vakansiya siyahısı:
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...