Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Aqrar İnnovasiya və Təchizat Şirkəti Ticari Marketing üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
sas fəaliyyət istiqaməti olaraq, Azərbaycanın gübrə və kənd təsərrüfatı istehsal vasitələri bazarını hədəfləyən Aqrar İnnovasiya və Təchizat Şirkəti (AISCO) 2019-cu ildən fəaliyyətə başlamışdır. Şirkət qısa zaman ərzində yüksək potensiallı gənc kadrları öz ətrafında toplayaraq, müasir texnologiyaların tətbiqi ilə fəaliyyətini təşkil etmişdir.
Aqrar İnnovasiya və Təchizat Şirkəti Azərbaycan fermerlərinə məhsul və xidmətləri daha rahat, həmçinin, əlçatan təklif etmək üçün özünün geniş satış şəbəkəsini qurmuşdur.
Şirkətimiz ölkəmizdə fermerlərə dövlət tərəfindən verilən subsidiyalı gübrə satışlarında yaxından iştirak etməklə aqrar sektorda aparılan islahatlara öz da töhfəsini verməkdədir.
Aqrar İnnovasiya və Təchizat Şirkəti müasir elmi metodlardan və informasiya texnologiyalarından istifadə etməklə Azərbaycanda kənd kəsərrüfatının inkişaf etdiriləcəyinə inanmaqdadır. Avropanıın aparıcı ölkələrinin kənd təsərrüfatı sahələri ilə rəqabət aparılacaq vaxt yaxındadır.
https://aisco.az/az/esas
Şirkət: “Aqrar İnnovasiya və Təchizat Şirkəti”
Vəzifə: Ticari Marketing üzrə kiçik mütəxəssis
İş barədə məlumat:
- Həftəlik ümumi kompaniya üçün təkliflərin hazırlanması
- Kompaniya reklam materiallarının hazırlanması (kassadaxüsusi təklif və s.)
- Treyd Marketinq tədbirlərinin hazırlanması, təşkili, keçirilməsinə nəzarət və effektivliyin dəyərləndirilməsi (BTL promo aksiyalar, reklam aksiyaları, təqdimatlar və s.);
- Kompaniya satış departamentinə elan edilməsi
- Kampaniyadan əvvəl növbəti həftənin kampaniyasında olan promosyonların test edilməsi və satış komandasına məlumat verilməsi.
- Hazırlanan P.O.S materialların yoxlanılması və təhvil verilməsinə nəzarət.
- Kompaniyadan öncə məhsulların bölgüsü üçün tapşırıq göndərməsi və prosesə nəzarət
- Kompaniya plan cədvəlinə uyğun məlumatların daxil edilməsi üçün müvafiq strukturlardan məlumatların toplanılması və aktivlik dövründə prossesin izlənilib, hesabatın hazırlanıb üst rəhbərinə təqdim edilməsi.
Namizəddən tələblər:
- Marketinq, jurnalistika və iqtisadiyyat yönümlü digər ali təhsil ixtisaslaşması vacibdir.
- Satış, merçendayzinq, marketinq və ya bənzər sahədə 1 il təcrübəsi olmalıdır.
- Azəbaycan dilində səlis danışıq qabiliyyəti olmalı, düzgün qrammatik yazı vərdişinə malik olmalıdır. Rus dili biliyi əlavə üstünlükdür.
İş şərtləri:
- 6 günlük iş həftəsi
- Əmək haqqı – 500-800 AZN (namizədə görə)
Maraqlanan namizədlər mövzu yerində “Ticari Marketing üzrə kiçik mütəxəssis” yazmaqla öz CV-lərini hr@aisco.az ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər interyuya dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...