Qısa məzmun
Ə/h 500-600 AZN. Karvan-L Ticari Marketinq üzrə mütəxəssis üzrə vakansiya elan edir. Düzgün yazılı və şifahi ünsiyyət qurmalıdır.
Vəzifələri:
- Şirkətin istehsal etdiyi məhsullar haqqında geniş məlumatı sosial şəbəkələrdə yerləşdirmək və müştəri bazası yaratmaq,mövzuya uyğun olaraq kontentin (mətn, foto, video) hazırlanması və ya seçilməsi
- Sosial şəbəkədə müştərilər tərəfindən daxil olan sorğuları şirkətin adından korporativ etika çərçivəsində cavablandırmaq,
- Sosial medya üçün həftəlik nəşrlər planının hazırlanması
- Müştəri və adiyatı sahə üzrə bazar araşdırmasının icrası, nəticələr əsasında analizlərin aparılması və inkişaf kanallarının müəyyən edilməsi.
- Kampaniyaların hazırlanması, satışa elan edilməsi, test edilməsi, tətbiqinin izlənilməsi
- Kampaniyalarla bağlı təkliflərin verilməsi
- Rəqiblərin kampaniyalarının izlənilməsi və hesabatın verilməsi
- Yeni satış məntəqələrinin araşdırılıb tapılmasını təmin etmək;
- Məhsulun satışı ilə bağlı görüşlərin keçirilməsi;
- Korporativ müştərilər cəlb etmək;
- Müştərilər ilə əlaqənin qurulması, məhsulların təqdimat və satişı.
- Mövcud olan müştərilərimizlə əlaqə yaratmaq, əlaqəni möhkəmləndirmək və işin prinsipini artırmaq və.s
- Korporariv satış planının hazırlanması, icrasına nəzarətin edilməsi.
- Mövcud satış kanallarında satış metodlarının təkmilləşdirilməsi, yeni müştəri bazasının yaradılması istiqamətində layihələrin hazırlanması.
- Mövcud reklam bazarının analizi, uyğun partnyorların müəyyənləşdirilməsi.
- Müştərilərlə görüşlərin keçirilməsi, müştəri məmnuniyyətinin təmin olunması istiqamətində tədbirlərin görülməsi.
Əlavə təminatlar:
- Nahar;
- Korporativ nömrə;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:0
- Şənbə və Bazar istirahət günü.
- ə/h 500 -600 AZN artandır
Namizədə tələblər:
- Təhsil : Ali
- İş təcrübəsi : 3 ildən 5 ilə qədər
- Yaş : 25 – 45
- İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil
- Müvafiq sahədə ən azı 2-3 illik iş təcrübəsi
- MS Office (Word, Excel, Power Point) yüksək səviyyədə bilmək, digər dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür;
- Dil bilikləri: Azərbaycan və Rus dili əla səviyyədə
- Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq
- Düzgün yazılı və şifahi ünsiyyət qurmaq
Xanım namizədlərə üstünlük veriələcək
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Ticari Marketinq üzrə mütəxəssis” yazaraq hr@karvanl.com ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır
Oxşar vakansiya siyahısı:
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...