Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Bakcell Ticari Marketinq üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Rus dili biliyi üstünlük hesab olunur.
Vakansiya haqqında
İdarə: Satış
Şöbə: Pərakəndə Satış
İş qrafiki : Standart
İş müddəti : Daimi
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi: 27.10.2020
Sizin əsas vəzifə öhdəlikləriniz:
- Bakcell satış nöqtələri şəbəkəsinin daha çox satış yönümlü və müasir tipdə qurulması üçün əsas innovativ ideyaları və dizayn prinsiplərini təmin etmək
- Yeni müasir satış nöqtələri konseptinin icrasına yönələn layihələrə rəhbərlik etmək
- Ticari marketinq plan və fəaliyyətlərini həyata keçirmək və idarə etmək
- Ticari marketinq konsepti ilə əlaqədar layihələrə nəzarət etmək
- Tərəfdaşlar tərəfindən qrafiki proqramlarda təqdim olunan faylları nəzərdən keçirmək, nəzarət etmək, düzəltmək və prosesin icra olunmasını təmin etmək
- 2D planları və 3D görünüşləri hazırlamaq
- Müvafiq tender sənədlərini (RFP) hazırlamaq
- Müvafiq məhsulların texniki spesifikasiyalarını hazırlamaq (mebel, reklam)
- Yeni satış nöqtələrində ticari marketinq ilə əlaqədar məsələləri idarə etmək
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
- Biznes, Memarlıq və ya Dizayn sahəsində Ali Təhsil üstünlük hesab olunur
- Kommersiya və iri ticari mərkəzlərin interyer/eksteryer üzrə dizayn olunması sahəsində 2-3 il iş təcrübəsi
- Ticari mərkəzlərin konseptinin hazırlanmasında müasir yanaşmaların tətbiqi və Marketinq sahəsində 2-3 il müvafiq iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
- Danışıqlar aparma qabiliyyəti
- Son trendlərin izlənilməsi
- Dəqiqlilik
- Kreativlik
- Detallara yönümlülük
- Nəticə yönümlülük
- Davamlı təkmilləşmə
- Rəqəmsal düşüncə
- Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili biliyi üstünlük hesab olunur)
- Microsoft Office Proqramlarını bilmək (AutoCad, ArchiCAD, 3ds Max biliyi üstünlük hesab olunur)
- “B” kateqoriya sürücülük vəsiqəsi
Müraciət etmək üçün
CV-nizi jobs@bakcell.com e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Ticari Marketinq üzrə Mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır
Oxşar vakansiya siyahısı:
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...