Qısa məzmun
“AGRO-VEST DC ” MMC Ticari Marketoloq vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə olan tələblər:
- Təhsil ; Ali
- Yaş; 25- 40
- Cins;Bəy
- Dil Bilikləri;Azərbaycan dili səlis,Rus dili üstünlükdür
- Kompüter bilikləri;MS Office ( excel əla səviyyədə)
- İş Təcrübəsi; Sahə üzrə min 1 il
- Avtomobil mütləq olmalıdır
- Ezamiyyətə gedə bilməli
Tələb olunan fərdi və funksional keyfiyyət meyarları
- Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı
- Liderlik bacarıqları ilə yanaşı strategiya qurmaq bacarığı
- Komanda işi
- Vaxtın idarə edilməsi
- Analtik düşüncə
- Nəticəyönümlülük
Vəzifə Öhdəlikləri
- Bazar araşdırması,rəqib fəaliyyəti ,bazar tendensiyasına və cavabdeh olduğu
- kateqoriyanın markaları üzrə müvafiq məlumat bazası əldə etməklə təhlillər
- aparırır.Təhlillərə – markanın cari ay,il,rüb üzrə,həmçinin keçən illərə nisbətənsatış kanalları üzrə satış rəqəmləri,əhatə gerçəkləşməsi,organik və aksiyalı satışlar,satış kanallarına uyğun aksiya xərcləri,əldə olunmuş bazar payları və s. aiddir.
- Satış kanalları üzrə markanın satışını ,əhatə faizini,organik və aksiyalı satışı analiz edərək,aksiya xərcini müəyyən edir, xərcə uyğun hədəf satış və əhatə
- planı müəyyən edərək ticari marketinq aksiyalarını tərtib edir.Ticari Marketoloq aksiya üçün ayrılmış büdcəyə görə hədəf dövriyyəni təmin etməyə öhdəlik götürür.
- Aksiya xərcini satış kanallarına və hədəflənmiş bazar payına uyğun bölgünü təmin edir və Şöbə müdirinə təsdiqlədir.
- Aksiyaların effektivlik göstəricilərinə əsasən Şöbə müdirinə hesabat verir.
- Mövcud aksiyaları satış Komandasına izah edir,aksiyaların BM-lər və Regionlar üzrə tətbiqini təmin edir.
- Ticari Marketoloqlar satış kanalları ilə paralel Satış Nümayəndəsi,Satış nöqtəsi,Alıcı və son tükətici yönümlü aksiya-tədbirlər paketini hazırlayır.
- Ticari Marketinq Meneceri kateqoriyanın və ya markanın həyat tsiklinə uyğun fəaliyyət planın hazırlanmasında kateqoriya müdiri ilə birgə işləmək.
- Ticari Marketoloq çek-list qaydalarını təyin edir.
- Ticari Marketoloq şirkətə məxsus pos-materialların kəmiyyətini müəyyən edir, stendlər,rəf başı və s. üçün ödənilən məbləğlər qarşılığında hədəflənmiş satışı
- analiz edir,rentabelliyə uyğun gələcək üçün davamlılığı qərarını verir.
- Satış Nöqtələri daxilində stendlərin və sair reklam vasitələrinin (çöl reklamı,daxildə vurulan reklam lövhələri və s) yerləşdirilməsinə icazə verir.
- Aksiyaların effektivlik göstəricilərinə əsasən Şöbə müdirinə hesabat verir.
İş Şəraiti:
- İş qrafiki: Həftə içi 5 gün;
- İş saatı: 08:00 – 17:00;
- Əmək haqqı: Müsahbə əsasında təyin olunacaq;
- Ünvan: Bakıxanov qəs. B.Bünyadov küç
Maraqlanan Namizədlər CV formalarını mövzu yerinə “Ticari Marketoloq” yazaraq hr@agrowestdc.az ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...