Ticarət Marketinqi Koordinatoru (Kürdəmir filialı)
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Cahan Tobacco İnternational Ticarət Marketinqi Koordinatoru (Kürdəmir filialı) vəzifəsi üzrə vakansiya elan edir.

Filiala daxil olan bölgələr aşağıdakılardır:

Kürdəmir, Ağsu, Şamaxı, Mərəzə, Göyçay, Ucar, Zərdab, İmişli.

Daimi yaşayış yeri Kürdəmir olan şəxslərin CV-lərinə öncəlik veriləcəkdir.

Vəzifə öhdəlikləri:

  • Etibar edilən ərazidəki pərakəndə satış məntəqələrini ziyarət etmək
  • Müştərilərlə tərəfdaş münasibəti qurmaq
  • Ərazinin inkişafı və əməkdaşlıq müqavilələrinin bağlanması (avadanlıq, marketinq fəaliyyəti və s. üçün);
  • Pərakəndə satış yerlərində bir məhsul kateqoriyasını inkişaf etdirmək;
  • Fəaliyyətlərin planlaşdırılması, ərazidəki rəqiblərin fəaliyyətinin monitorinqi, hesabatların hazırlanması;
  • Şirkət standartlarına uyğun olaraq məhsulların görünüşünü təmin etmək;
  • Satış nöqtələrində qalıqların və məhsulların tam çeşidinin mövcudluğuna nəzarət və distribyutorla əməkdaşlıq.

Namizəd üçün tələblər:

  • Cins: Kişi
  • Şəxsi avtomobil (Mütləqdir)
  • 2 ildən artıq sürücülük təcrübəsi (“B” kateqoriyası);
  • Hərbi bilet / şəhadətnamənin olması (çağırışçılar üçün);
  • Etibarlı danışıq qabiliyyəti;
  • Analitik düşüncə;
  • Komandada işləmə bacarığı;
  • İngilis dilini bilmək üstünlükdür;
  • Satış sahəsində təcrübə üstünlükdür.

Biz təklif edirik:

  • Rəsmi iş
  • Rəqabətli əmək haqqı
  • İş qrafiki –  5/2

Oxşar vakansiya siyahısı:

Marketing manager

İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...

İceland

21.01.2025 - Bakı

800 — 1001 ₼
Videoqraf

AzeriMed LLC Videoqraf vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

15.01.2025 - Bakı