Qısa məzmun
Amalgroup Tikinti işləri üzrə sahə rəisi vəzifəsi üzrə vakansiya elan edir. Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir.
Vakansiya haqqında
- İş yeri: Bakı, Azərbaycan
- İş saatı : Həftədə 6 gün
- İşə başlama tarixi: Təcili
- Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir.
Vəzifə öhdəlikləri:
- Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət edir;
- Lahiyənin iş proqramına uyğun olaraq öhdəliyə götürülmüş inşaat istehsalını vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq icra edir;
- Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət edir;
- Material, işçi və işçi heyəti və podratçının ehtiyaclarını əvvəlcədən müəyyən edərək, Texniki ofis rəhbərinə bildirir və onlardan səmərəli istifadə olunmasını təmin edir;
- Obyektlərin inşası üçün Texniki şöbə tərəfindən tələb olunan texniki sənədləşmə işlərini təşkil edir;
- Göstərilən iş proqramına uyğun olaraq, təfsilatlı iş proqramı hazırlayır;
- Xərclər barədə məlumatları tam şəkildə müəyyən olunan formalarda saxlayır və Texniki ofis rəhbərinə göndərir;
- Tərtib edilmiş layihələri yoxlayaraq, tikinti işlərinə sürət və maliyyə baxımından təsir göstərəcək mövzularda tövsiyələr hazırlayır;
- Ərazi, nümunələr, sınaq test metodları və istifadə edilən avadanlıqlar ilə bağlı olan təhlükələr və müəssisənin əməyin təhlükəsizliyi prosedurlarını müəyyən edir;
- Ərazinin yerini, çıxış imkanlarını, vaxt qrafikini tələblərini müəyyən edir;
- Problemləri aradan qaldırır, dəyişiklikləri planlaşdırır və idarə edir;
- İnsan resursları planına uyğun olaraq tabelikdə olan işçi heyətinə rəhbərlik edir;
- Mövcud standartlara əsasən keyfiyyətə təminat verir;
- Layihənin iştirakçıları, müştəri və digər maraqlı tərəflər arasında razılaşdırılmış kommunikasiya proseslərini həyata keçirir;
- Görülmüş işlərin uçotunu aparır,günlük, aylıq, rüblük, illik statistik hesabatlar hazırlayır;
- Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsinə rəhbərlik edir;
Təhsil və iş təcrübəsi:
- Mülki inşaat, İnşaat mühəndisliyi sahələri üzrə ali təhsil;
- Minimum 10 il inşaat sahəsi üzrə ümumi təcrübə.
Bacarıq və səriştələr:
- Ünsiyyət və yüksək təşkilati və idarəetmə bacarığı;
- Fors-major hallarda sürətli və düzgün qərar qəbul etmə bacarığı;
- Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
- Kompüterdə office programlarında sərbəst işləmək bacarığı;
- Yaş həddi 35-50
Bilməlidir:
- Sahədə və ya obyektdə istehsal təsərrüfat fəaliyyətini müəyyən edən metodiki, normativ və başqa göstərici materialları;
- Tikinti istehsalatının təşkili və texnologiyasını, tikilməli obyektlərin layihə-smeta sənədlərini, tikinti norma və qaydalarını;
- Tikinti quraşdırma işlərinin aparılması və qəbuluna qoyulan texniki şərtləri;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.
Müraciət qaydası
Zəhmət olmasa CV-lərinizi hr@amalgroup.az e-mail adresinə göndərin.
CV-ləri göndərərkən başlıq yerinə “Sahə rəisi” qeyd etməyi unutmayın.
Oxşar vakansiya siyahısı:
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...