Qısa məzmun
Ə/h 1300-1500 AZN. Melissa Group Tikinti üzrə layihə meneceri vəzifəsi üzrə vakansiya elan edir. Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.
Fəaliyyətinə başladığı gündən etibarən insanların komfortunu və rahatlığını düşünən “Melissa Group” tikinti şirkəti 2000-ci ildən etibarən inşaat sektorunda inamlı addımlarla irəliləməkdədir.
Hal-hazırda “Melissa Group”da yeni vakansiya mövcuddur:
Vəzifə: Tikinti üzrə layihə meneceri
İş qrafiki: saat 08:00-dan 18:00-dək
İş yeri: Bakı şəhəri
Vəzifə təlimatları:
- İnşaat layihələrinin əvvəldən sona qədər nəzarət edilməsi, büdcə və xərclərinin idarə edilməsi;
- Lazım olan avadanlıqlar, materiallar və lazım olan işçi qüvvəsinin təyin edilməsi;
- Təchizat və avadanlıqların cədvələ uyğun sifariş və təhvil verilməsinin təmin edilməsi;
- İşin status ilə bağlı hesabatların hazırlanması və yarana biləcək hər hansı bir problemin aradan qaldırılmasının təmin edilməsi;
- Təhlükəsizlik qaydalarına nəzarət edilməsi və risklərin qiymətləndirlməsi;
- Layihənin miqyasından aslı olaraq inşaat işçiləri, subpodratçılar, iş icraçıları, memar, mühəndislər və layihə komandasının əsas heyət üzvləri ilə sıx əməkdaşlığın edilməsi;
- Sahədəki subpodratçıların və briqadaların işinin koordinasiyası və nəzarət edilməsi;
- Tikinti əməliyyatlarının planlaşdırılması;
- Layihənin vaxtında təhvil verilməsinin təmin edilməsi;
- Layihə boyunca lazım olan informasiyaların, vacib məlumat və proseslərin hesabatlarının hazırlanması və bütün maraqlı tərəflərin məlumatlandırılması;
- Smeta, metod bəyannaməsi, iş qrafiki, mobilizasiya qrafiki, sahə planı, sahə strukturu, HSE plan, keyfiyyətə nəzarət planı və digər texniki sənədlərin hazırlanması;
Vəzifəya dair tələblər:
- Memarlıq və mühəndislik, inşaat idarəedilməsi ixtisası üzrə bakalavr dərəcəsinin olması;
- Tkinti layihələrinin idarə edilməsi üzrə minimum 3 il iş təcrübəsinin olması;
- Tikinti materiallları və avadanlıqları haqqında yüksək şəkildə məlumatlı olması;
- Tikinti və layihə idarə edilməsi proqramlarını və ofis proqramlarını mükəmməl bilməsi;
- Liderlik, vaxtın və heyəti idarə etmək bacarığının olması;
- PMP və ya uyğun sertifikatları olan şəxslərə üstünlük veriləcək;
- Yüksək ünsiyyət və davranış keyfiyyətinə malik olması;
- Stressə davamlı, dürüst və analitik düşünmə bacarığının olması.
Əməkhaqqı: 1300-1500 manat
İş qrafiki: həftədə 6 gün.
CV-lərinizi hr@melissagroup.az ünvanına “Tikinti üzrə layihə meneceri” başlığı ilə göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
PRO CON izo Layihələrin idarə olunmasi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Kimyəvi analizlər üzrə laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Hazır məhsul müfəttişi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu stehsal üzrə növbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...