Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azconstruction QSC Tikinti üzrə iş icraçısı vəzifəsi üzrə vakansiya elan edir. Tikinti layihələrində ən az 3 illik təcrübə olmalıdı.
Əmək funksiyası:
- Sahənin istehsal təsərrüfat fəaliyyətinə rəhbərlik edir.
- Müəyyən edilmiş vaxt ərzində obyektlərin verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir.
- İşin mexanikləşdirilməsi səviyyəsinin yüksəldilməsini, yeni texnikanın tətbiqini, əməyin təşkilinin təkmilləşdirilməsini, tikinti quraşdırma işlərinin maya dəyərinin aşağı salınmasını, materialların qənaətlə işlədilməsi üçün tədbirləri həyata keçirir.
- Əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparır.
- Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edir.
- Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak edir.
- Qorunan (mühafizə olunan) sahələrdə işlərin görülməsinə verilən icazəni rəsmiləşdirir.
- Ustalar üçün tikinti-quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən edir, onların yerinə yetirilməsinə nəzarət edir.
- Təhlükəsiz metodlarla işləmək üçün bilavasitə iş yerlərində fəhlələrə təlimat verir.
- Texnoloji avadanlıqlardan (nərdivanlar, körpülər, müdafiə ləvazimatı, və s. qurğular), enerji qurğularından, nəqliyyat vasitələri və işçiləri qoruma vasitələrindən istifadəni təmin edir.
- Ağırlığın qaldırılması normalarına, iş yerlərində, keçid və giriş yollarında səliqə və qaydaya, kranaltı yolların düzgün saxlanılması və istismar olunmasına, iş yerlərinin təhlükəsizlik işarələri ilə təmin olunmasına riayət etməyə nəzarət edir.
- Obyektdə anbar təsərrüfatı və maddi sərvətlərin qorunmasını təşkil edir.
- Təhlükəsizlik texnikasının vəziyyətini yoxlayır və aşkar edilmiş qüsurların aradan qaldırılmasını, istehsalat sanitariyası qaydalarının pozulmaması, işçilər tərəfindən əmək mühafizəsi təlimatına riayət edilməsi üçün tədbirlər görür.
- İşçilərin istehsal və əmək intizamına riayət etmələrini təmin edir.
İlkin tələblər:
- Ali təhsil (Sənaye və mülki tikinti)
- Tikinti layihələrində ən az 3 illik təcrübə,
- Microsoft Office(Outlook, Word, Excel), Autocad proqramlarında işləmə bacarığı.
- Məsuliyyətli, dəqiq və peşakar
- Dil bilikləri : Azərbaycan və rus dilində səlis danışa bilməli ,ingilis dilini orta səviyyədə
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməli
- İqtisadiyyatın, eləcə də istehsalatın, əməyin, idarəetmənin təşkilinin əsaslarını bilməli
- Nahar şirkət tərəfindən verilir.
- Əmək haqqı namizədin bilik bacarığına əsasən təyin olunacaq.
- AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır.
Oxşar vakansiya siyahısı:
1200₼
Layihələrin idarə olunmasi üzrə koordinatorPRO CON izo Layihələrin idarə olunmasi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Kimyəvi analizlər üzrə laborant
Mətanət A Kimyəvi analizlər üzrə laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Hazır məhsul müfəttişi
Matanat A şirkəti Hazır məhsul müfəttişi vəzifəsi üzrə vakansiya elan edir. ...
Avtomatika mühəndisi
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
İstehsal üzrə növbə rəisi
Mətanət A Şirkətlər Qrupu stehsal üzrə növbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Avtomatika mühəndisi
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...