Qısa məzmun
Akabe İnşaat Tikintidə iş icraçısı (Prorab) vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil (İnşaat sektoru)
- Məsuliyyətli, dəqiq, ciddi
- Kompüter biliyi: MS office (Word, Excel) və AutoCad
- İş təcrübəsi- tikintidə minimum 3 il
- Gəncə və Göygöl zonasından olmasına üstünlük verilir
İş barədə məlumat:
- Sahənin istehsal-təsərrüfat fəaliyyətini yerinə yetirmək . Obyektin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsini təmin etmək.
- Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil etmək.
- Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin edir.
- Tikinti obyektləri üçün texniki sənədin alınmasını və saxlanmasını təmin edir.
- İşlərin istehsalat layihəsinə uyğun yerinə yetirilməsini təmin edir. İşlərin icrası üzrə jurnal və yerinə yetirilmiş işlərin uçotu üzrə sənədləri hazırlayır.
- İnşası başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrı-ayrı hazır mərhələ iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak edir.
- Subpodrat (xüsusiləşdirilmiş) təşkilatları işə cəlb etmək üçün, obyektlərin təhvil alınmasında iştirak edir. Mühafizə olunan zonalarda işlərin istehsalına icazə verən buraxılışları tərtib edir. Tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin həcmini, əmək məhsuldarlığı və əmək haqqın fondu ustalara, icrası nəzərdə tutulan, tapşırıqları müəyyən edir və onların icrasına nəzarət edir.
- Fəhlələrin əmək mühafizəsi təlimatlarına əməl etməsinə nəzarət edir.
İş şəraiti:
- 6 günlük iş rejimi
- Əmək haqqı: 1200 AZN (net)
İş yeri: Namizədlərin seçimi və təlimatlandırılması Bakı şəhərində yerləşən baş ofisdə keçiriləcək. İş yeri şirkətin Göygöl rayonunda yerləşən tikinti layihəsində yerləşir.
Müraciət etmək üçün vakansiyanın tələblərinə uyğun olan namizədlər e-mail ünvanına “İş icraçısı” qeyd etməklə CV göndərə bilər.
Oxşar vakansiya siyahısı:
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...