Tikiş texnoloqu
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Alyans Tekstil Tikiş texnoloqu vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Tikiş məhsullarının əməliyyatlar üzrə marşrutunu və proseslərin yerinə yetirilməsi ardıcıllığını təyin etmək,
  • Hər bir əməliyyatın icrası üçün zəruri olan ləvazimatları və vaxt normalarını müəyyən etmək və buna riayət olunmasına nəzarət etmək,
  • Parçaların növləri, tərkibləri və tətbiq sahələrini araşdırıb istehsala tətbiq etmək,
  • Material sərfinin azalması və az əmək sərf etməklə əmək məhsuldarlığının artırılmasına istiqamətlənmiş tədbirlər planı hazırlamaq və həyata keçirmək,
  • Tikiş istehsalının texnoloji proseslərində yeni üsullar tətbiq etmək, müəssisənin texniki inkişaf perspektivlərini genişləndirmək,
  • Tikiş əməliyyatlarının düzgün icra olunmasına və texnoloji avadanlığın düzgün istismarına nəzarət etmək, təsdiq olunmuş nümunə və standartdan kənara çıxmanın qarşısını almaq,
  • Keyfiyyətsiz və zay məhsul istehsalının səbəblərini araşdırmaq, onların qarşısının alınması və aradan qaldırılması üçün tədbirlər görmək,
  • Texnoloji normativləri, təlimatları, marşrut xəritələrini, hazır məhsullar üçün texniki tələbləri və  texniki pasportu və digər texnoloji sənədləri hazırlamaq, zərurət olduqda texniki sənədlərdə dəyişikliklər etmək.

Tələblər:

  • texniki sənədlərin işlənib hazırlanması və rəsmiləşdirilməsinə aid rəhbər materialları,
  • tikiş məhsullarının istehsal texnologiyasını,
  • tikiş sahəsi üzrə əsas texnoloji avadanlıqları və onun işləmə prinsiplərini,
  • hazır məhsula və xammala qoyulan texniki tələbləri, onların sərfiyyat normativlərini,
  • geyimlər üzrə müəyyən olunmuş standartları və texniki şərtləri,
  • zay məhsulun növləri və onların qarşısını almaq üçün xəbərdarlıq üsullarını,
  • analoji məhsulların istehsalında müəssisələrin qabaqcıl təcrübələrini bilmək.
  • sahə üzrə minimum 5 il iş təcrübəsi
  • MS Office proqramlarından istifadə etmək bacarığı.

İş şərtləri:

  • İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllə
  • İş rejimi: 5 günlük, iş saatı: 08:30-17:30
  • Əmək haqqı: 1000-2000 azn
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur.

Uyğun namizədlərin CV-lərini  mövzu hissəsinə “Tikiş texnoloqu” yazmaqla elektron ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

600₼
Anbardar fəhlə

Zeta Group “Anbardar-fəhlə” vəzifəsi üzrə vakansiya elan edir ...

Zeta Group

08.04.2025 - Bakı

İstehsalat fəhləsi (Balakən)

Agrotrade Supply MMC İstehsalat fəhləsi (Balakən) vəzifəsi üzrə vakansiya elan edir. ...

Agrotrade Supply MMC

03.04.2025 - Balakən

600₼
Mebel istehsalı sahəsinə işçi

Foriella İstehsalat sahəsinə işçi vəzifəsi üzrə vakansiya elan edir. ...

Foriella

03.04.2025 - Bakı

1300 — 1500 ₼
Baş aşpaz

CHAILAB restoranı Baş aşpaz vəzifəsi üzrə vakansiya elan edir. ...

CHAILAB

01.04.2025 - Bakı

500 — 800 ₼
Fəhlə

İİnci Group Of Commpanies Fəhlə vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

01.04.2025 - Bakı

700₼
Rəngsaz

Ayan MMC Rəngsaz vakansiyasını elan edir. ...

Ayan MMC

01.04.2025 - Xırdalan

410₼
Çeşidləyici

Ayan MMC Çeşidləyici vəzifəsi üzrə vakansiya elan edir. ...

Ayan MMC

28.03.2025 - Bakı, Sumqayıt, Xırdalan

450₼
Xadimə

BERC Group MMC şirkəti “Xadimə” vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

17.03.2025 - Bakı