Tır sürücüsü
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

FoxExpress MMC Tır sürücüsü vəzifəsi üzrə vakansiya elan edir.

2018 – ci ildə fəaliyyətinə cəmi bir neçə yük maşını ilə başlayan FoxExpress hazırda Yükdaşıma və Logistika sahəsində ölkənin sürətlə inkişaf edən şirkətlərindən biridir. Bunun bariz göstəricisidir ki, şirkət yük daşıma ilə fəaliyyətə başlasa da hazırda bir çox kompleks xidmətləri – Yük daşıma, Evakuasiya, Usta, Fəhlə, Anbar və Təmizlik işlərini də həyata keçirir. Yaşının az olmasına baxmayaraq bir çox uğurlara imza atan FoxExpress Yükdaşıma və Logistika şirkəti sadəcə ölkə daxili deyil, beynəlxalq arenada da yüklərin daşınmasını planlayır.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə “FoxExpress” MMC-nin fəal üzvü kimi şirkətin yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

İş vaxtı: 09:00-18:00

İŞİN TƏSVİRİ

  • Yüklü və qoşqulu avtomobillərin (TİR) idarəedilməsi;
  • Yüklərin təyinat məntəqəsinə (Bakı daxili, bölgələrə və ölkə xarici şəhərlərə) təhlükəsiz, əskiksiz, sağlam şəkildə və müəyyən edilmiş vaxtlarda çatdırılması;
  • Ölkə xarici səfərlərə ezamla bağlı çətinliyin olmaması;
  • Nəqliyyat vasitəsinə lazımi qulluğun göstərilməsi və təmiz olmasının təmin edilməsi;
  • İdarə etdiyi nəqliyyat vasitəsinin texniki sazlığına nəzarət edilməsi və ehtimal edilən hər bir texniki nasazlıq haqqında lazımi tədbirlərin görülməsi və həmin nasazlığın aradan qaldırılması 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR

  • BCDE kateqoriyalı sürücülük vəsiqəsi olmalı;
  • Yol hərəkəti qaydalarını və yol xəritəsini yaxşı bilməli;
  • Ən az 3 il sürücülük təcrübəsi olmalı

Göstərilən tələblərə cavab verən namizədlər 25.03.2025 – ci il tarixinədək 050-700-01-75  nömrəsi ilə əlaqə saxlaya və ya öz CV – lərini  hr@foxexpress.az ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)

(055) 500-94-47

Oxşar vakansiya siyahısı:

700₼
Sürücü

Ayan MMC şirkəti Sürücü vəzifəsi üzrə vakansiyası elan edir. ...

Ayan MMC

18.03.2025 - Xırdalan

400 — 450 ₼
Sürücü köməkçisi

Ayan MMC şirkəti Sürücü köməkçisi vəzifəsi üzrə vakansiyası elan edir. ...

Ayan MMC

18.03.2025 - Xırdalan

Əməliyyat üzrə baş mütəxəssis

189 TAXİ Əməliyyat üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

14.03.2025 - Bakı