Qısa məzmun
Ə/h razılaşma yolu ilə. StudyLab TOEFL və IELTS müəllimi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Tədris materiallarını, gündəlik dərsləri planlaşdırır, tədris proqramlarının yerinə yetirilməsini və bütün tələbələrin onları baza səviyyəli tələblər əsasında mənimsəməsini təmin edir;
- Tədrisi təhsil ehtiyacları, müasir texnologiya, metod və tələblərə uyğun şəkildə, tələbələrin fərdi və qrup bacarıq və nailiyyətlərini nəzərə almaqla təşkil edir;
- Hər bölmənin sonunda formativ qiymətləndirmə apararaq tələbələrin öyrənmə səviyyəsini müəyyənləşdirir;
- Təhsil mərkəzində sınaq imtahanlarının təşkili və tələbələrin iştirakını təmin edir;
- Hər bir tələbənin ehtiyaclarını və tələblərini ayrıca öyrənir, onların hər biri üçün fərdi yanaşma müəyyən edir və bu istiqamətdə fəaliyyətini qurur;
- Tələbələrin inkişafına mane olacaq əngəlləri araşdırır və onların aradan qaldırılması üçün tədbirlər görür;
- Tədris və ünsiyyətdə çətinliyi olan tələbələrə xüsusi yanaşma müəyyənləşdirir və ehtiyac yarandıqda valideynləri və ya onları əvəz edən şəxslərlə müzakirəsini təşkil edir;
- Öz fəaliyyəti ilə mərkəzin işlərinə daim töhfələr verir, nöqsanların ortaya çıxması və onların aradan qaldırılması, iş prosesinin təkmilləşdirilməsi üçün maraq göstərir;
- Ehtiyac yarandıqda marketinq komandasına məhsul kommunikasiyası ilə bağlı yaradıcı fikirlər təqdim edir;
- Ehtiyac yarandıqda satış komandasının tələbinə əsasən məhsul təsvirini təqdim edir;
- Dərsdənkənar fəaliyyətləri və öhdəlikləri peşəkar və tələblərə uyğun şəkildə yerinə yetirir (valideynlər, rəhbərlik və heyətlə görüşlər və s.);
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- IELTS/TOEFL tədrisində minimum 3 illik təcrübə
- Minimum 8 IELTS balı, minimum 105 TOEFL balı
- TEFL/TESOL/ CELTA kimi beynəlxalq sertifikatların olması üstünlükdür
Tələb olunan bilik və bacarıqlar:
- Danışıqlar aparmaq, təşkilati və analitik bacarıqlar
- MS Office proqramlarından istifadə etmə bacarığı
- Peşəkar yazılı və şifahi ünsiyyət bacarığı
- Gülərüz və pozitiv olmaq
Şərtlər:
- Rahat yerdə yerləşən rahat ofis.
- İş qrafiki fərdi qaydada müəyyən edilir.
- İş qrafiki 6 gün, 1 gün (bazar) istirahət
- İş şərtləri fərdi olaraq müzakirə olunur.
- İş yeri : “StudyLab” Mərkəz Ofis / Ünvan: Cəlil Məmmədquluzadə 102A, City Point Baku
Müraciət qaydası: merkez@studylab.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “TOEFL və IELTS müəllimi” yazıb CV göndərməklə müraciət edilir. Yalnız ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 22 iyul 2021
Oxşar vakansiya siyahısı:
History teacher
Təsvir Excellent subject and curriculum knowledge. Excellent planning and teaching well structured lessons. Resource-based teaching / collecting and organizing subject r ...