Qısa məzmun
Rifah Group Topdan Satış şöbəsinin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
İşin Təsviri: Topdan Satiş şöbəsinin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. Retail qruplarda işgüzar əlaqələr olmalıdır.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Rəhbərlik üçün aylıq hesabatların tərtib edilməsi.
- Yeni müştərilərin axtarışı və cəlb edilməsi
- Topdan satışlarlarla əlaqələr fəaliyyətlərin planlaşdırılması, inkişaf etdirilməsi və həyata keçirilməsi
- Bazara yeni məhsul çıxırılmasında iştirak etmək və təklif vermək.
- Topdan satışlarda hazır məhsul satışlarının payının artırılması
- Danışıqların aparmaq, şərtləri razılaşdırmaq və müqavilələr bağlamaq.
- Mövcud və potensial müştəri seqment və qrupları ilə görüşlər və sorğular keçirmək.
- Topdan satış ilə bağlı bazar araşdırmalarını aparmaq.
- Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyyacların analizini həyata keçirmək.
- Müştəri şirkətlərdən rəqiblər və qiymətləri kampaniyaları haqqında informasiyalar almaq və təkliflər irəli sürmək.
- Təqdimat materiallarının hazırlamaq və təqdimatlar keçirmək.
- Maliyyə sənədlərini müştəriyə göndərmək topdan alıcılarla sənəsdləşmələri təmin etmək
- Müştəri ödəmələrini izləmək. Debitor borcların yığılmasına nəzarət etmək.
- Qoyulan hədəfləri vaxtında yerinə yetirmək
- Sifarişləri qəbul edib emal etmək
- Müştəri istəyinə uyğun məhsul qruplarının formalaşdırılması.
NAMİZƏDƏ TƏLƏBLƏR:
- Ali təhsil və ya magistr dərəcəsi (biznes, menecment, və s.oxşar sahələr üzrə);
- Müvafiq vəzifə üzrə 5 ildən az olmayan iş təcrübəsi, Mebel satış şəbəkələri ilə 3-5 il əməkdaşlıq təcrübəsi və ən azı 3 il idarəetmə təcrübəsi.
- Yüksək analitik və mütəşəkkillik düşünmə qabiliyyəti;
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan, ingilis və rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
İş yeri: Bakı şəh.
İş qrafiki: 6 günlük
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur 12 mart 2021 tarixinədək mövzu sətirində “Topdan Satış şöbəsinin Rəhbəri” qeyd edərək CV-lərini hr@rifahqrup.az electron poçt ünvanına göndərsinlər.
Oxşar vakansiya siyahısı:
Adore mağazalar şəbəkəi Satıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ADORE kompani Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...
Ofisait Mağazalar Şəbəkəsi Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ofisait Mağazalar Şəbəkəsi Ekspeditor / Satış Təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...