Trade Marketinq üzrə Şöbə Müdiri
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Veysəloğlu Şirkətlər Qrupu Trade Marketinq üzrə Şöbə Müdiri vəzifəsi üzrə vakansiya elan edir.

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 17.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2021 -ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Trade Marketinq üzrə Şöbə Müdiri
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: FMCG sahəsində minumum 3- il iş təcrübəsi
Təhsil: Ali (Marketinq və ya İqtisad yönümlü)
Yaş həddi: 25 – 35 yaş

Vəzifə öhdəlikləri:

  • Satışın əsas məqsədlərini və ehtiyac duyulan fondları şirkət daxilində müəyyənləşdirmək və uyğunlaşdırmaq.
  • Digər şöbələrlə birlikdə Satış Yanaşma strukturuna və Satış hədəflərinə kateqoriya və markaya görə doğru və tam planlar hazırlamaq.
  • Tanıtım planlarının promosyon qaydaları daxilində olmasını təmin etmək.
  • Yeni təşəbbüslərin uğurlu olmasını təmin etmək üçün satış planlarını və konsepsiyasını hazırlamaq.
  • Proqnozlaşdırma prosesinə töhvə vermək və Tələbat idarəetmə qrupu ilə sıx əməkdaşlıq etmək.
  • Uğurla tətbiq olunmuş modelləri analiz edib yenidən tətbiq etmək.
  • Sistemdə məlumatların mövcudluğunu təmin etmək, nəticələri izləmək və lazım olduqca düzəldici tədbirləri görmək.

Tələblər:

  • Analitik düşünmə və problemləri həll etmə bacarığı;
  • Yüksək liderlik və komandanı idarə etmə bacarığı;
  • Güclü ünsiyyət qurma bacarığı;
  • Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
  • Microsoft Office komputer proqramından sərbəst istifadə etmək bacarığı;
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.
  • İş qrafiki: 5 günlük

Müraciət qaydaları: recruitment@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Ticari Markeitnq üzrə Şöbə Müdiri” yazaraq CV göndərməklə müraciət edilir

Oxşar vakansiya siyahısı:

Məhsul üzrə menecer

Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

17.02.2025 - Bakı

Marketing manager

İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...

İceland

21.01.2025 - Bakı