Qısa məzmun
Ə/h 500-600 AZN. GERSO Travel Tur meneceri vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan və rus dillərini yüksək səviyyədə bilməlidir.
İş barədə məlumat:
- Müxtəlif istiqamətlər üzrə fərdi və qrup turlarının hazırlanması
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması
- Otellərin bronlaşdırılması
- Sığorta yazılması
- Viza dəstəyi xidmətinin göstərilməsi
- Sosial şəbəkələr üzərindən sorğuların cavablandırılması
- Mövsüm və tələbə uyğun turların axtarılması və reklam bölməsinə ötürülməsi
- İş saatları:
- Bazar ertəsi – cümə 10:00-dan 19:00-dək
- Şənbə günü: 11:00-dan 16:00-dək
- Əmək haqqı şəxsin təcrübə və bacarıqlarına görə müəyyənləşdiriləcəkdir
- Satışdan komissiya veriləcəkdir
Namizədə tələblər:
- Tur menecer kimi turizm sahəsində ən azı 1-2 il iş təcrübəsinə malik olmaq
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (ingilis dili arzuolunandır)
- Kompüterdə işləmək, internetdən aktiv istifadə və sürətli axtarış bacarığı
- Səlis və işgüzar danışıq bacarığına malik olmaq
- İşgüzar yazışmaların aparılması
- Gülərüz və özünə qarşı tələbkar olmaq
- Məsuliyyətli və diqqətli olmaq
- Vaxtın idarəolunması bacarığına sahib olmaq
- Komandada işləmə qabiliyyətinə malik olmaq
CV formasını hr@gersotravel.com ünvanına göndərməyiniz xahiş olunur. Seçilən namizədlər ilə əlaqə yaradılaraq görüş günü təyin ediləcəkdir.
Oxşar vakansiya siyahısı:
Ofisiant
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Restoran meneceri/Administrator
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...