Qısa məzmun
Ə/h 400 AZN. Bee Travel Tur meneceri vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun rəsmiləşdirmə
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması
- Müştərilərə tur paketlərin cədvəli, yerlərin olması, ən sərfəli tariflər, xüsusi təkliflər və s. haqqında məlumatların təqdim edilməsi
- Tur paketlərin alınması üçün bütün lazımi sənədlərin hazırlanması
- Tur paketlərin bronlaşdırılması
- Daxili və xarici partnyorlar ilə əlaqələr qurmaq və işgüzar yazışmalar aparmaq
- Həftənin bütün günləri sosial şəbəkələrdən və whatsapp-dan gələn sorğuların cavablandırılması
- İş qrafiki: Həftə içi: 10:00-dan 18:00-dək
- İstirahət günləri: Bazar və Şənbə
- Maaş 400 manat + qazancın 20%-i
Namizədə tələblər:
- Səlis və işgüzar danışıq bacarığı
- Azərbaycan və rus dillərini bilmək vacibdir. İşin tələb etdiyi səviyyədə ingilis dili bilməyi arzu olunandır
- Məsuliyyətli və diqqətli olmaq
- Tələb olunan vəzifə üzrə sistemləri və proqramları bilmək
- Tələb olunan sahə üzrə kifayət qədər iş təcrübəsi olduğu təqdirdə ali təhsilli olması zəruri deyil
- Sosial şəbəkələrdən istifadə bacarığı
- CV-lərinizi “TUR MENECER” başlığı altında info@beetravel.az ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Ofisiant
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Restoran meneceri/Administrator
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...