Turizm Məhsullarının İnkişafı üzrə Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azerbaijan Tourism Board Turizm Məhsullarının İnkişafı üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

İşin təsviri:

Turizm Məhsullarının İnkişaf üzrə Mütəxəssis Qərb bölgəsində (Lənkəran, Lerik, Masallı, Astara rayonları daxil olmaqla) cəlbedici və rəqabətli turizm məhsullarının yaradılması və inkişaf etdirilməsini qarşısına ümumi məqsəd qoyaraq Lənkəran DMT (Turizm İnformasiya Mərkəzi/Destinasiya Menecmenti Təşkilatı) ofisində fəaliyyət göstərir.

Namizəd Lənkəran DMT-da bütün turizm məhsullarının yaradılması və inkişafı istiqamətində fəaliyyətlərə məsul olan əsas şəxsdir. Namizəd Lənkəran rayonunda yaşamalı, lakin tez-tez  DMT-ın digər rayonları daxilində səyahət etməli olacaqdır.  Vəzifə Lənkəranda yerləşir.

Əsas öhdəliklər:

  • Hədəf rayon və destinasiyalarda yeni turizm məhsullarını müəyyən etmək, konseptuallaşdırmaq və inkişaf etdirmək. Regionda mövcud turizm məhsullarını təkmilləşdirmək, turizm bizneslərinə, startaplarına məsləhət və dəstək vermək;
  • Tur operatorlar və turizmin digər maraqlı tərəfləri ilə potensial turizm məhsullarını zənginləşdirmək üçün əməkdaşlıq etmək və cənub bölgəsi üzrə turizm məhsullarının satışını təmin etmək üçün bu müəssisələrlə davamlı əlaqələr qurmaq;
  • Turizm məhsulları üzrə bizneslərin planlaşdırılması, idarəetmə, işlətmə və bələdçilik təlimlərinə nəzarət etmək (digər tərəflər təşkil etdiyi xüsusi təlimlər);
  • Turizm resursları məlumat bazasına (maddi və qeyri-maddi) daim əlavələr/yeniləmələr etmək;
  • Turizm resurslarının cəlb ediciliyini artırmaq üçün həmin yerlərə, maraqlı məkanlara baş çəkmək və onları təhlil etmək, hər bir resursun potensial inkişaf planlarını/konsepsiyalarını təklif etmək;
  • Müvafiq xüsusi maraq turizm məhsulları və təcrübələrini (şərab turizmi, balıqçılıq, ipək yolu və s.) inkişaf etdirmək üçün rayon və kəndlərin tarixi, mədəni, təbii və digər potensiallarından istifadə etməklə inkişaf konsepsiyaları vermək;
  • Tərəfdaşlar və sponsorları cəlb etməklə destinasiyanı daha da cəlbedici etmək üçün yerli festivallar və tədbirlər hazırlamaq və təşkil etmək;
  • Yerli tematik marşrutları yaratmaq və inkişafına dəstək olmaq, onların idarəolunmasında və təbliğatında müxtəlif maraqlı tərəfləri cəlb etmək;
  • Lənkəran DMT-nin ərazisində müvafiq turizm strategiyaları və inkişaf planlarının hazırlanmasına dəstək olmaq;
  • Turizm potensialı olan kənd yerləri üçün konsepsiya sənədləri/inkişaf planları hazırlamaq və onların uğurla həyata keçirilməsini dəstəkləmək;
  • Turistlər və ziyarətçilər üçün hazırlanan yeni turizm məhsullarının sınaqdan keçirilməsində və tənzimlənməsində Lənkəran DMT komandasına daim dəstək olmaq.

Digər öhdəliklər:

  • Marketinq və təbliğat fəaliyyətlərinin hazırlanmasını və icrasını dəstəkləmək;
  • Təşkilatın tərəfdaşlıq və əməkdaşlıq imkanlarının yaradılmasına və gücləndirilməsinə dəstək olmaq.

Tələblər:

  • Ali təhsil (Turizm, Biznes və ya İqtisadiyyat üzrə təhsili olanlara üstünlük verilir);
  • Müvafiq sahədə sertifikat və ya qısa müddətli kurs diplomu olması arzuolunandır;
  • Turizm sənayesində 2 ildən artıq təcrübə (məsələn: qonaqpərvərlik, turizm təşkilatı, turizm QHT, səyahət agentliyi, otel və turizm sektoru) və ya turizm/iqtisadiyyat sahəsinə uyğun dövlət vəzifəsi;
  • MS Office proqramları ilə yüksək işləmək bacarığı;
  • Mükəmməl yazı, ünsiyyət bacarığı (Azərbaycan və İngilis dillərində), vaxtın  idarəedilməsi və təşkilatçılıq bacarıqları;
  • Daima diqqətli olmaq;
  • Analitik bacarıqlar və problemi həll etmə düşüncəsinə malik işgüzar qabiliyyət;
  • Layihə idarəetmə bacarığı;
  • Daim öyrənmə və təkmilləşmə üçün kifayət qədər istəkli və maraqlı olmalı;
  • Problemləri uyğun şəkildə və yaradıcılıqla həll etmə, eyni anda müxtəlif funksiyaları yerinə yetirən, bütün maraqlı tərəflərlə işləmək bacarıqlı olmalıdır.

Namizədlərdən anketlərini (CV) 10.12.2021 tarixinədək göndərmələri xahiş olunur. Elektron poçtun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını (Turizm Məhsullarının İnkişafı üzrə Mütəxəssis – Lankaran) qeyd etməyiniz xahiş olunur. İşə götürmə prosesinin sonrakı mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacağını bildiririk.

Oxşar vakansiya siyahısı:

Ofisiant 

Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...

Zivar Restoranı

07.11.2024 - Bakı

Restoran meneceri/Administrator

Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...

Zivar Restoranı

07.11.2024 - Bakı