Qısa məzmun
AZTUR Travel & Rentacar Turizm üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Aviabiletlərin sistem üzərindən bronlaşdırılması və satışı
- Sosial şəbəkələr üzərindən sorğuların cavablandırılması
- Xarici və daxili tur paketlərin hazırlanması
- B2B sistemdən otellərin bronlaşdirılması
- Xarici və ya daxili partnyorlar ilə əlaqələr qurmaq və işgüzar yazışmalar aparmaq
- Sığortanın yazılması
- Viza anketlərin doldurulması
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması
- Mövsimə və tələbə uyğun turların axtarılması və reklam bölməsinə ötürülməsi
- İş qrafiki – Həftədə 6 gün.
- İş saatı – 10:00-dan 19:00-a kimi
- Əmək haqqı şəxsin təcrübə və bacarıqlarına görə dəyişə bilər.
Namizədə tələblər:
- Tur menecer kimi turizm sahəsində ən azı 2 il iş təcrübəsinə malik olmaq
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (ingilis dilini bilənlərə üstünlük verilir)
- Səlis və işgüzar danışıq bacarığına malik olmaq
- Yüksək ünsiyyət qurma bacarığına malik olmaq
- Məsuliyyətli və diqqətli olmaq
- Gülərüz və özünə qarşı tələbkar olmaq
- Vaxtın idarəolunması bacarığına malik olmaq
- Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaq.
Zəhmət olmasa CV-lərinizi qeyd olunmuş mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Tur operator” qeyd etməyi unutmayın.
Oxşar vakansiya siyahısı:
Ofisiant
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Restoran meneceri/Administrator
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...