Təhlükəsizlik şöbəsinin müdiri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Resant Group Təhlükəsizlik şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Müəssisənin mülkiyyətində və istifadəsində olan ərazinin, daşınar və daşınmaz əmlakın, habelə əməkdaşlarının nəzarətini təşkil etməlidir
  • Müəssisəyə buraxılış sisteminin təşkilinə və ona riayət olunmasına nəzarət etməlidir.
  • Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini təmin etməlidir.
  • Təhlükəsizlik qaydaları haqqında mütəmadi olaraq bütün işçilərə təlim keçirməlidir.
  • Tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünü aparmalıdır.
  • Müəssisənin işçiləri tərəfindən iş yerində mümkün ziyan vura biləcək əməllərin qarşısının alınması üzrə müvafiq tədbirlər təşkil etməlidir.
  • İstehsal olunan və ya satılan məhsulların qorunması, habelə kommersiya sirrinin qorunması naminə vaxtaşırı tədbirlər keçirməlidir.
  • Şirkətdə baş verən hər hansı bir insidentin baş verdiyi təqdirdə şirkətdaxili qaydalara əsasən daxili araşdırma aparmalıdır.
  • Şirkətdə məxfi məlumatların yayılmasının qarşısının alınması üçün tədbirlər görməlidir.
  • Müşahidə kameraları vasitəsi ilə, işçilərin, ərazinin və obyektlərin gün ərzində izlənilməsini təşkil etməlidir.
  • İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, istehsalat və əmək intizamına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət etməlidir.
  • İşdə fərqlənən işçilərin həvəsləndirilməsi, əmək, istehsalat intizamını pozanların cəzalandırılması haqqında təkliflər verməlidir.
  • Daima işin təkmilləşdirilməsinə çalışmalı və bununla əlaqədar rəhbərliyə təkliflər irəli sürməlidir.

Namizəd üçün tələblər:

  • 30-40 yaş həddi
  • Təhlükəsizlik sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi
  • Azərbaycan və rus dilləri, ingilis dilinə üstünlük verilir
  • İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti
  • Komandada işləmək bacarığı
  • Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı

Uyğun namizədlər mövzu yerinə” Təhlükəsizlik rəisi” yazmaqla öz cvlərini hr@resantgroup.az ünvanın göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Videomonitorinq üzrə mütəxəssis

Azdizayn MMC Videomanitorinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

30.10.2024 - Bakı