Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Mətanət A Təlim,Motivasiya və İnkişaf üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. Yüksək ünsiyyət, qarşılıqlı əlaqə və problemləri həll etmək bacarığı olmalıdır.
Vəzifə öhdəlikləri:
- Şirkətin Təlim və İnkişaf siyasətinə əsasən Təlim və İnkişaf prosesinin təşkili və idarə edilməsi;
- Şirkət üçün illik təlim planının hazırlanması;
- əlim planına əsasən illik təlim büdcəsi hazırlanması və idarə edilməsi;
- Şirkət daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
- Təlimçilərin və təlim proqramlarının effektivliyinin qiymətləndirilməsi, təkmilləşməsi üçün tövsiyələr verməsi;
- İşçilərin təlimlərə cəlb etmə və iştiraklarını təmin etmə məqsədilə güclü kommunikasiya strategiyasının qurulması;
- Şirkətin ehtiyacına müvafiq olaraq bilik səviyyəsini ölçmək üçün sorğular keçirilməsi və qiymətləndirmə prosesinin təşkil edilməsi;
- Bütün əməkdaşların təlim sənədlərinin yenilənməsini və 1C sisteminə vaxtlı-vaxtında daxil edilməsini təmin etmək;
- Plana uyğun olaraq, bütün törəmə şirkətlərdə təlimləri təşkil etmək;
- Şirkət işçiləri arasında təlim fəaliyyətini fəal şəkildə təşviq etmək;
- Müəyyən edilmiş büdcə və illik təlim planına müvafiq olaraq, aylıq təlim fəaliyyətlərini planlaşdırmaq və aparmaq.
- Təlimin effektivliyinin qiymətləndirilməsi üçün metodların hazırlanması üzrə təkliflərin verilməsi və həyata keçirilməsi.
- Aparılan təlimlərin nəticələrinin qiymətləndirilməsi.
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: Şənbə və bazar günü.
Əmək haqqı:
- Razılaşma yolu ilə.
Tələblər:
- Ali təhsil;
- İş təcrübəsi:Müvafiq sahədə ən az 3 il iş təcrübəsi;
- Dil bilikləri: (Azərbaycan, ingilis, rus – əla səviyyədə)
- Yüksək ünsiyyət, qarşılıqlı əlaqə və problemləri həll etmək bacarığı;
- Komanda işinin təşkili.
Qeyd:
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına göndərin
Oxşar vakansiya siyahısı:
History teacher
Təsvir Excellent subject and curriculum knowledge. Excellent planning and teaching well structured lessons. Resource-based teaching / collecting and organizing subject r ...