Qısa məzmun
ICS Azerbaijan Təmizlik üzrə layihə meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və öhdəliklər:
- Fərdi layihələrin idarə edilməsi, statusların təqib edilməsi və uğurlu şəkildə nəticəyə çatdırılmasının təmin edilməsi, lazım gəldikdə əlavə strukturların işə cəlb edilməsi;
- Layihə çərçivəsində iş bölgüsünün və vəzifələrin təyin edilməsi;
- Resursların ayrılmasına, düzgün istifadəsinə nəzarət etmək və layihənin müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçirilməsini təmin etmək;
- Maliyyə hesabatlarının vaxtında çatdırılmasını təmin etmək;
- Layihə haqqında məlumatları, müsbət və mənfi təcrübələri maraqlı tərəflərə vaxtında çatdırılması;
- Müqavilə şərtləri barəsində razılaşmaq üçün podratçılarla danışıqlar aparmaq;
- Müqavilə imzalanması üçün zəruri texniki sənədləri və sertifikatları hazırlamaq.
Tələblər:
- Natamam ali təhsil;
- İş təcrübəsi: Qeyd olunan sahədə azı 3 il iş təcrübəsi;
- Cins: Kişi/Qadın;
- Yaş həddi: 22-35;
- Azərbaycan dilini səlis bilməlidir, rus dili arzuolunandır;
- Ofis proqramlarında yüksək istifadə bacarığı;
- Dəqiq, intizamlı və işində məsuliyyətli olmalı.
İş şəraiti:
- ARƏM uyğun işə qəbul;
- İş saatı: 09:00-18:00 (Dəyişə bilər);
- Həftədə 1 gün istirahət.
Əmək Haqqı: 700 AZN (Namizədin bilik və bacarıqlarından asılı olaraq müsahibə əsasında təyin ediləcək)
Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Təmizlik üzrə layihə meneceri” qeyd etməklə hr@icsazerbaijan.az elektron ünvanına göndərə bilərlər.