Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Ferrum Capital UI dizayn üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir.
Hansı özəlliklərə malik olmalıdır?
- Adobe XD, Figma, Adobe Photoshop, Illustrator üzrə minimal biliklər;
- Yaradıcılıq və araşdırma qabiliyyəti;
- Texniki ingilis və ya rus dili biliyi;
- Detallara fikir vermə bacarığı və kreativ fikirlərin mövcudluğu;
- Müvafiq təcrübəni nümayiş etdirən onlayn portfolio və ya iş nümunələri (arzuolunandır);
- UI/Prototipləmə alətləri və onların düzgün tətbiqləri üzrə ilkin biliklər;
- Adaptiv və responsiv dizayn bacarıqları;
- Komanda ilə işləmə bacarığı.
UI dizayn üzrə təcrübəçi nə iş görür?
- Biznesin tələblərinə, məhsulun mövzusuna, vizyonuna uyğun UI dizaynların yaradılması;
- Gündəlik veriləcək işlər ilə bağlı öhdəlikləri vaxtında yerinə yetirilməsi;
- Mövcud layihələrin dizaynın yenilənməsində iştirak edilməsi;
- Son trendlərə uyğun dizayn prinsiplərinin tətbiqi və dizayn sisteminin yaradılması, inkişafına dəstək göstərilməsi.
Əlavə məlumat:
- Bazar ertəsi – Cümə: 09:30 – 18:30
- Şənbə: 10:00 – 14:00
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “UI dizayn üzrə təcrübəçi” qeyd etməklə göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Dizayner
"Abşeron-Şərab" ASC Dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...
Qablaşdırma Dizaynı Üzrə Qrafik Dizayner
İnci Group of Companies Qablaşdırma Dizaynı Üzrə Qrafik Dizayner vakansiyasını elan edir. ...
Dizayner
CMT Group MMC Dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...