UI/UX Dizayner
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Prosper MMC şirkəti UI/UX Dizayner vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

11 ildən çox fəaliyyət göstərən və bir çox yerli və beynəlxalq layihələr üzrə müxtəlif veb proyektləri icra edən, son illərdə SaaS və veb tətbiqləri (web application) üzrə ixtisaslaşan Prosper MMC-nin Proqram Təminatı komandası “UI/UX Dizayner” vəzifəsi üzrə ixtisaslaşmış təcrübəli və bacarıqlı əməkdaş axtarışındadır.

  • İş qrafiki : Frilans/Hbrid
  • Hansı növ/tip layihələr üzərində çalışırıq?
  • Veb tətbiqlər (web application)
  • Əsas komanda üzvləri kimlərdən ibarətdir?
  • Layihə rəhbəri, Məhsul Portfelinin idarə olunması üzrə Menecer, Front-end üzrə proqram təminatçıları, Back-end üzrə proqram təminatçıları, QA üzrə proqram təminatçıları və digər.
  • Komanda daxili hansı alətlərdən istifadə edirik?
  • Figma, Slack, GitLab, WhatsApp, Loom
  • Tez tez verilən suallar:
  • Sizinlə frilans işləyə bilərəmmi?
  • Bəli işləyə bilərsiniz, layihələrin gedişatı və həcminə uyğun olaraq vakansiya frilans əməkdaşlar üçündür. Məvacib layihələrin həcminə əsasən təyin olunacaqdır.

Namizədə tələblər:

  • Minimum 2 veb tətbiqin (web application) qurulmasında iştirak/təcrübə və müvafiq sahədə ən azı 2 il peşəkar təcrübə
  • Verilmiş texniki tapşırıq və məlumatlar üzrə Figma-da prototip qurmaq, gridlər qurmaq və komponentlərlə işləmə bacarığı
  • UI/UX interfeyslərini responsiv dizayn hazırlamaq bacarığı
  • UI KIT-lərlə işləmə üzrə təcrübə
  • İstifadəçi tələblərinin toplanılması, məlumatların analizi və interfeysə keçirmə qabiliyyəti
  • Son trendlərə uyğun dizayn prinsiplərinin tətbiqi və dizayn sistemin yaradılması, inkişaf etdirilməsi
  • Yaradılmış dizaynının inkişaf etdirilməsi
  • Araşdırma qabiliyyəti
  • Dashboard-ların çəkilməsi üzrə təcrübə
  • Güclü təhlil, məntiq və riyazi bacarıqlar
  • Analitik düşünmə və problem həll etmə qabiliyyəti
  • Komandada və fərdi şəkildə işləmək bacarığı
  • “Agile” və “Scrum” metodologiyaları üzrə məlumatlılıq
  • İngilis və Rus dillərini mükəmməl bilmək arzu olunandır

CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. Portfolio və CV formasında əsas məlumatları lokanik və aydın qeyd olunmalıdır. CV-dən savayı təcrübənizi əks etdirən ən əsas meyarın Portfolionuz olduğunu nəzərə alaraq onu səliqəi şəkildə bölüşməyiniz vacibdir. Nəzərə almaq vacibdir ki, namizədliyinizin baxılmasında CV və Portfolio formanız mühüm rol oynayacaqdır. Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi rica olunur. Vakansiya ilə maraqlanan namizədlərdən Portfolio və CV-lərini hr@prosper.az elektron poçt ünvanına göndərmələri və imeylin mövzu hissəsində mütləq “UI/UX Dizayner” qeyd etmələri xahiş olunur.                                                                                                                                                  Əmək haqqı: Vakantın təcrübəsinə və layihənin həcminə uyğun olaraq təyin olunacaqdır.

Əlaqə:
hr@prosper.az

Oxşar vakansiya siyahısı:

800 — 1000 ₼
İnteryer və eksteryer dizayner

Madina Group MM MMC memar,interyer dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...

Madina Group MM MMC

18.11.2024 - Bakı