Qısa məzmun
Zəhmət Ruzi MMC Ümumi işlər üzrə mütəxəsis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkətin qaynar xəttinə daxil olan zənglərin qəbul edilməsi, müştəri müraciətləri zamanı Şirkətin məhsulları haqda ətraflı məlumatın verilməsi, Şirkətlə müştəri arasında düzgün koordinasiyanın yaradılması
- Müştərilərdən daxil olunan müraciətlərin, şikayət və təkliflərin qəbul edilməsi, qeydə alınması, təhlili, vaxtında və işgüzar cavablandırılması, aidiyyatı üzrə yönləndirilməsi, qısa müddətdə həll olunması və lazım olduğu təqdirdə geri dönüş zənglərinin yerinə yetirilməsi
- Şirkətin elektron ünvanına daxil olan məktubların cavablandırılması, online verilən sullara cavabların anında verilməsi, çatışmamazlıqların aradan qaldırılmasının təşkili
- Məlumat mərkəzinə daxil olan zənglərin qeydə alınması, marketlərlə əlaqə (hansı mal var, hansı mala ehtiyac var) yeni məhsulların marketlərə təklif edilməsi
- Şirkətdə planlanan iclasların, görüşlərin öncədən təşkili, keçiriləcək iclasların vaxtı barədə aidiyyətı üzrə işçilərə öncədən xəbər verilməsi və iclasın protokollaşdırılması
- Rəhbərliyin görüş və müşavirələrinin vaxtını tənzimləmək, qrafiklər hazırlamaq, keçiriləcək görüşlərin vaxtı barədə aidiyyətı üzrə işçilərə məlumatın verilməsini təmin etmək
- Şirkətə gələn qonaqların, müştərilərin qarşılanması, müşaiyət olunması və aidiyyatı üzrə istiqamətləndirilməsi
- Şirkətə daxil olan və çıxan məktubların, sənədlərin təyinatı üzrə təsnif edilməsi və qeydiyyatının təşkil edilməsi
- Rəhbərin tapşırığı ilə məktublar, sorğular və s. sənədlərin tərtib edilməsi və məktub müəlliflərinə cavabların hazırlanması
- Rəhbərliyin Şirkət daxilində və digər qurumlarla telefon və digər əlaqələrini koordinasiya etmək
- İşçilərin işə davamiyyətinə (gəliş-gediş saatları) nəzarət etmək, gündəlik, aylıq raporların hazırlanaraq birbaşa rəhbərinə təqdim edilməsi
- Ofisin ehtiyac olduqda təsərrüfat malları ilə təmin olunmasına nəzarət edilməsi
- Birbaşa şöbə rəhbərinin tapşırdığı digər inzibati işlərin görülməsi.
Tələblər:
- Yalnız xanım namizədlər tələb olunur.
- MS Office ( Word,Excel)
- Tapşırılan işləri vaxtında yerinə yetirməli
- Rəhbərliyə lazımı məlumatları hazırlayıb təhvil verməli
- Təhsil: ali/orta ixtisas təhsilli
- İş təcrübəsi: 1 ildən az olmayaraq
İş şəraiti:
- Ofis Xırdalanda yerləşir
- Yaş həddi: 22 – 30 yaş
- 5 günlük iş həftəsi
- İş vaxtı: 09:00 – 17:00
- Əmək haqqı: 500-550 AZN
Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) elektron ünvanına mövzu hissəsində “Ümumi işlər üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərlər
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...