Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azərikard MMC Ümumi işlər şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.
“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal hazırda aktiv olan vakansiya: Ümumi işlər şöbəsinin müdiri.
İşin təsviri:
- Şöbənin fəaliyyətinin təşkili və ona rəhbərlik edilməsi;
- Təşkilatın bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunun təmin edilməsi;
- Müvafiq əsasnamə, qayda, təlimat, əmr, protokol və hüquqi rəy tələb olan digər sənədlərin və işlərin qanunvericiliyə uyğunluğunun yoxlanması;
- İnzibati və kargüzarlıq işləri ilə bağlı zərurət üzrə mütəxəssislərə dəstək göstərmək;
- Şöbənin fəaliyyətinə aid sənədləri, hesabatları yoxlamaq və rəhbərliyə təqdim etmək;
- Şöbənin bölmələrinin sifarişlərinə müvafiq olaraq, xidmətlərlə bağlı görüləcək işlərin planlarının hazırlanmasına rəhbərlik etmək;
- İnzibati binanın təchizat işləri üzrə mütəmadi baxışın keçirilməsinə dair nəzarət;
- Vəzifə tələblərindən irəli gələn sair işlərin icrası.
Tələblər:
- Ali təhsil (hüquq təhsili olana üstünlük veriləcək);
- Müvafiq sahədə idarəçilik üzrə ən azı 3 il iş təcrübəsi;
- Azərbaycan, Rus və İngilis dillərini bilməsi;
- Stressə davamlılıq. Özünü idarə etmə və təşkilatçılıq qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Digər struktur bölmələri ilə ünsiyyət və münasibət qura bilmə bacarığı;
- Ofis proqramları (Excel, Word) mükəmməl bilmə bacarığı.
- Namizədlərdən CV-lərini “Ümumi işlər şöbəsinin müdiri” mövzusu ilə hr@azericard.com ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...