Qısa məzmun
Buta Group Ümumi işlər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifəyə əsas tələblər:
- Lazımi sənədlərin hazırlanmasını, onların qəbulu, uçotu, qeydiyyatı, və icrasına nəzarəti həyata keçirmək, sənədlərlə bağlı rəhbərliyə məlumat vermək və onların saxlanmasını təmin etmək;
- Müəssisənin rəhbərliyinə təqdim edilən sənədlərin hazılıq keyfiyyətinə, onların düzgün tərtib olunmasına, razılaşdırılmasına və təsdiq edilməsinə nəzarəti həyata keçirmək;
- Rəhbərliyə aid sənədlərin və rəhbərliyin göstərişlərinin icrasına nəzarət etmək, bu sənədlərin vaxtında və keyfiyyətlə icra edilməsini təmin etmək məqsədilə operativ tədbirlər görmək;
- Rəhbərlik tərəfindən qərarların qəbul edilməsi üçün zəruri olan təşkilati işləri həyata keçirmək, bu qərarların müvafiq strukturlara çatdırılmasını təmin etmək. Rəhbərliyə təqdim olunan sənədlərin daxili qaydalara uyğun tərtib olunmasını təmin etmək
- İcarə müqavilələrinin, alqı-satqı müqavilələrinin və digər xidməti müqavilələrin (məktub, etibarnamə, aktlar və s) hazırlanması
- Azercell və Bakcell nömrələrinə nəzarət – yaranan problemin (nömrələrin tariflərinin dəyişdirilməsi, nömrələrin dublikatının çıxarəlması və s) aradan qaldırılması, ehtiyac yarandıqda yeni nömrə və datakart sifariş etmək
- Yeni işə götürülən əməkdaşları nömrə və internetlə təmin etmək
- Online kargüzarlıq vasitəsi ilə kassa quraşdırılmasını təsdiq etmək
- Yeni açılmış mağazalar üçün lazım olan bütün ləvazimatlar ilə (mebel, komputer, rooter, printer və s) təmin etmək
- Günlük görülən işlər barəsində hesabat hazırlanması
- Bölgələrdə yerləşən mağazalarımızdakı kassalara nəzarət və günlük Z hesabatlara nəzarət olunması
- Gün ərzində bölgələrdəki mağazalarımızda baş verən problemlərin araşdırılması və həlli
- Şöbə müdirinin ona həvalə etdiyi digər işləri yerinə yetirmək;
- Nizam-intizam (əmək və icra intizamı) qaydalarına riayət etmək;
Namizədə tələblər:
- Azərbaycan, Rus və İngilis dilləri yaxşı səviyyədə olmalı
- Ali təshil
- Təcrübə: 1-3 il
- Əmək haqqı müsahibə zamanı müəyyənləşdiriləcək
Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini Ümumi işlər üzrə mütəxəssis qeyd etməklə hr@butagroup.com e- mail ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
650₼
İnzibati işlər üzrə kiçik mütəxəssisA - Group Insurance Company İnzibati işlər üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Sənədləşmə üzrə Mütəxəssis
Mətanət A Şirkətlər Qrupu Sənədləşmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
700 — 800 ₼
Koorparativ satış üzrə mütəxəssisAR-METİZ MMC şirkəti şurup istehsalı ilə məşğul olur və hal-hazırda Koorparativ satış üzrə mütəxəssis vakansiyası üzrə bəy və ya xanım işçi axt ...