Qısa məzmun
Bank BTB Ümumi şöbənin aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Səliqəli və dəqiq olmalıdır.
İş barədə məlumat:
- Səhmdarların Ümumi Yığıncağının, Müşahidə Şurasının, İdarə Heyətinin və Audit Komitəsinin iclaslarının çağırılmasının təşkili, qeyd olunan protokolların tərtib edilməsi
- Səhmdarların Ümumi Yığıncağının, Müşahidə Şurasının, İdarə Heyətinin, Audit Komitəsinin və daxili komitələrin protokollarının və bankdaxili normayaradıcı sənədlərin reyestrinin təşkil edilməsi və aparılması
- Sərəncamların, əmrlərin, məktubların və sairə korporativ sənədlərin hazırlanması və redaktə edilməsi,
- Kargüzarlıq və sənəd dövriyyəsi barədə bankdaxili qaydaları hazırlanması, müvafiq təsdiqdən sonra onun icrasını təmin edilməsi;
- Şöbənin əsasnaməsi ilə müəyyən olunan və rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
Namizədə tələblər:
- Ali təhsil;
- Bank sahəsində 1 il iş təcrübəsi, müvafiq vəzifə üzrə iş təcrübəsi üstünlükdür;
- Azərbaycan dili mükəmməl olmalı (nitq və yazı);
- Kompüter bilikləri: Microsoft Office Programs (Word, Excel) mütləkdir;
- Stressə davamlılıq, komandada işləmək bacarığı;
- Səliqəli və dəqiq olmalı;
- Digər struktur bölmələri ilə ünsiyyət və münasibət qura bilmə bacarığı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) 18.08.2022-ci il tarixinədək elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Ümumi şöbənin aparıcı mütəxəssisi) göstərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...