Qısa məzmun
CHAILAB restoranına Universal Aşpaz axtarılır
Vəzifə Öhdəlikləri:
- Menyudakı yeməkləri sifarişlərə uyğun olaraq hazırlamaq;
- Kütləvi istehlak üçün isti və soyuq qəlyanaltıların, şorbaların, əsas xörəklərin, xəmirdən məmulatların, çərəz və məzələrin hazırlanması;
- İşgənələrin (ət suyu, həlimlərin yarmadan, ətdən, balıqdan, sümükdən, tərəvəzdən və s.), adi, mürəkkəb, unlu, südlü, duru, qatı, soyuq, şirin və s. şorbaların hazırlanması;
- Yeməklərin keyfiyyətini yoxlamaq və bişirmə texnikasına nəzarət, yeməklərin hazırlanmasında komandaya rəhbərlik etmək;
- Xörək əlavələrinin müxtəlif növlərinin hazırlanması;
- Ətdən, balıqdan, tərəvəzdən, yarmalardan pörtlədilmiş, qızardılmış, bişirilmiş əsas xörəklərin hazırlanması;
- Müxtəlif xəmirlərin (mayalı və mayasız) qarışdırılması və ondan məmulatların hazırlanması;
- Hazır məhsulun çıxımını: qızardılma, qaynadılma, pörtlədilmə, fırında bişmə və bişirilmə formalarında miqdar və həcmlərin dəyişmə faizlərini; hazır məhsulun və yarımfabrikatların saxlanılması və satışı müddətlərinə nəzarət etmək;
- Qida gigiyena qaydalarına ciddi riayət olunmasını təmin etmək;
- Məhsulları düzgün istifadə etmək və ehtiyata nəzarət etmək.
Bizim üçün uyğun namizəd:
- Aşpaz sahəsində müxtəlif sertifikatlara malik olmalı;
- Aşpaz peşəsi üzrə restoran səhəsində ən azı 3 il iş təcrübəsi olmalı (İri həcmli məlumatlarla işləmək bacarığı);
- Komandada işləmək bacarığı;
- İşində məsuliyyətli və ciddi olmalı;
- Təmizliyə xüsusi diqqət yetirməlidir
İş şərtləri:
- Əmək haqqı: 1200 AZN (net) + bonus
- Nahar və uniforma müəssisə tərəfindən təmin edilir.
- İşə qəbul tam rəsmi olaraq ARƏM uyğun olaraq həyata kecirilir.
Müraciət qaydası:
- CV-lər e-mail ünvanına göndərilməlidir; hrchailab@gmail.com
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.