Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azərbaycan Beynəlxalq Bank Unix/Linux üzrə kiçik inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmək bacarığı olmalıdır.
“ABB” ASC Unix/Linux üzrə kiçik inzibatçı axtarışındadır.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
- İT sistemlərinin və xidmətlərinin pro-aktiv monitorinqi;
- Yeni və mövcud ehtiyyat sisteminin tam qurulması (IBM Spectrum Protect);
- İT xidmətində problem yarandıqda dəstəyin göstərilməsi;
- Layihələnin icrasında iştirak.
Vakant vəzifə üzrə tələblər:
- Ali təhsil;
- Güclü məntiq;
- Yeni İT trendlərdən xəbərdar olmaq;
- Azərbaycan dili, İngilis dili (Texniki mətnləri oxuyub anlaya bilmək və sistemləri istifadə bilmək üçün başlanğıc biliklərə sahib olmalıdır), Rus dili arzuolunandır;
- Komandada işləmək bacarığı.
Bu iş sizə nələri qazandıracaq:
- Bankın iş proseslərini dərindən öyrənmə imkanları;
- Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 fevral 2020-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Unix/Linux üzrə kiçik inzibatçı” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m7byl3sgdk Təsvir Ensure the bank’s information security; Regularly check and evaluate networks and systems to identify security vulnerabilities; M ...
İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə kiçik mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Yelo Bank ASC Korporativ idarəetmə üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelekom MMC QA Manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Aparıcı proqramçı (PL/SQL üzrə) vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...