Qısa məzmun
KartpakUsta köməkçisi üzrə vakansiya elan edir. Namizədin xanım və ya kişi olmasının fərqi yoxdur.
İş barədə məlumat:
- Aşağıda sadalanan işlərin hər hansı birini bilən və ya karyerasını bu sahədə qurmaq istəyənlər buyurub müraciət edə bilərlər
- Qutunun hazırlanması prosesi:
- Məhsul üçün maket hazırlanması
- Qəlib hazırlanması
- Qutu dizayn işləri
- Kağız çapa göndərilmə işi
- Qızılı və ya gümüşü basqı işləri
- Dizayn, yaradıcı rəsm və texniki planlaşdırma prosesi
- Basqı istilik, təzyiq və metal qəliblərdən istifadə edilməklə aparılan xüsusi çap prosesi
- Laminasiya və laklama
- Karton qablaşdırmanın hazırlanması üçün qofro kartondan istifadə
- Sərt qutular, qalınlığı 2-6 mm arası cild materialların hazırlığı
- Kağız paket qablaşdırma
- Təcrübəçi işi hazırlıq proqramına əsasən şirkətin daxilində nəzəri və praktik təlimlərdə iştirak
- Bizim mühəndis və əməkdaşlarla birlikdə məhsulların praktik hazırlanması, yoxlanılması və tam məhsul hazırlanma rutunu öyrənmək
- 1 ay aktiv davam edəcək proqramı uğurla başa vuran namizədlər işlə təmin olunacaq
- İş saatı: 08:00-dan 18:00-dək (bazar günü istirahət günüdür)
Namizədə tələblər:
- Sərbəst düşünmə, məntiq və mühəndislik sahəsi üzrə universitet bitirməsi
- İş təcrübəsi tələb olunmur
- Məsuliyyətli
- Dinamik və pozitiv
- Fikrini aydın izah etmə bacarığı
- Namizədin xanım və ya kişi olmasının fərqi yoxdur
CV-ləri info@kartpak.az elektron ünvana göndərmələri və mövzu hissəsində vakansiyanın adını qeyd etmələri xahiş olunur.