Qısa məzmun
PASHA Bank şirkəti UX/UI Designer vəzifəsi üzrə vakansiya elan edir.
İşiniz nədən ibarətdir?
- Məhsul fərziyyələrinin yaradılması və yoxlanılması
- Məhsul və ya funksionallıq göstəricilərinin (metrics) təyin olunması və izlənilməsi
- Statistika, iri həcmli məlumatların analizi
- Müştərilərlə intervyu və fokus-qrupların keçirilməsi
- Persona, İstifadəçi yolu xəritəsi (Customer Journey Map), Empatiya xəritəsi (Empathy Map) yaradılması
- Araşdırma predmetinə uyğun sorğuların hazırlanması
- İstifadə axını (User flow) yaradılması
- İnformasiya arxitekturasının (IA) qurulması (Struktur, naviqasiya)
- İnterfeys ekranlarının yaradılması (iOS, Android, Web)
- Məhsul və ya funksionallığın tam işlək prototipinin yaradılması
- İstifadə testi (Usability testing) keçirilməsi, nəticələrin analizi və hesabatın hazırlanması
- Verilənlər və araşdırma nəticələri əsasında məhsul rəhbəri, mühəndislər və digər çarpaz-funksional və Agilə yanaşma tətbiq edən komandaların üzvləri ilə biznes həllərin yaradılması
Sizdən nə tələb olunur?
- İstifadəçi təcrübəsi və interfeysi yaradılması üzrə 1 ildən artıq təcrübə
- İnterfeys dizayn barədə əsas biliklər: Tipoqrafiya, rəng, qrid, qeştalt prinsipləri, kompozisiya və s.
- Əlçatanlıq (Accessibility) üzrə əsas biliklər
- Figma, FigJam, Adobe Creative Suite alətləri ilə işləmə bacarığı
- UI Kit, Dizayn sistemi ilə işləmə bacarığı
- Agile yanaşma barədə ilkin biliklər
- “Intermediate” səviyyəsində İngilis dili
https://glorri.com/pashabank/63317b6e5a7b34bc96a3ab88-UX+UI%20Designer?
Oxşar vakansiya siyahısı:
Dizayner-konstruktor
Embawood Dizayner-konstruktor vəzifəsi üzrə vakansiya elan edir. ...
1000₼
Videoqraf və mobiloqraf,reelsmakerASADZADESANAN MMC Videoqraf və mobiloqraf,reelsmaker vəzifəsi üzrə vakansiya elan edir. ...