Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Paşa holding UX/UI dizayner vəzifəsi üzrə vakansiya elan edir. Agile metodologiyası bilikləri əlavə üstünlükdür.
Ölkənin aparıcı korporativ bankı PAŞA Bank Marketinq departamentinə UX/UI dizayneri komandasına dəvət edir.
İşiniz nədən ibarət olacaq?
- Müştəri tələbinə uyğun araşdırmaların planlanması və həyata keçirilməsi,
- Məhsul xüsusiyyətinə uyğun prototiplərin çəkilməsi və test edilməsi,
- Dəqiq araşdırmalar apararaq nəticələrə əsaslanan konsepsiya və detallı dizayn həllərin yaradılması,
- Müştərinin vahid dizayn konsepsiyası çərçivəsində üslub və mövqeyinin müəyyənləşdirilməsi,
- Agile məhsul komandası ilə kreativ, yararlı dizayn və məhsulun hazırlanması,
- Dizayn və inkişaf prosesləri üzrə biznes və brend tərəfdaşlarla birgə əməkdaşlıq,
- Məhsul sahibləri və komandaya rəqəmsal məhsulların qısa və uzun müddətli planlanması və inkişafında dəstək,
- Müştəri məhsulları üzrə dizayn ardıcıllığının və sabitliyinin qorunması məqsədilə şöbə daxili və digər komandalarla fəaliyyət göstərən dizaynerlərlə birlikdə problemlərin həll edilməsi.
Sizdən nə tələb olunur?
- Proqram təminatı, istifadəçi təcrübəsi və interfeysinin yaradılmasında 2 ildən artıq təcrübə
- Texnologiyalar vasitəsi ilə keyfiyyətli məhsul və biznes həllərin yaradılması üzrə təcrübə
- Rəqəmsal məhsulun çatdırılmasında E2E dizayn üzrə təcrübə
- İstifadəçilərin araşdırılması, prototiplərin hazırlanması, istifadəçi və A/B testlərin keçirilməsi üzrə biliklər
- Qrafik və vizual dizayn üçün nəzərdə tutulmuş Figma, Miro, Adobe Creative Suite və digər rəqəmsal dizayn platformalarından sərbəst istifadə bacarığı
- Minimum “İntermediate” səviyyəsində İngilis dili bacarığı
- Agile metodologiyası bilikləri əlavə üstünlükdür.
- İnterfeys, veb-sayt, mobil tətbiqetmələr və adaptiv dizayna aid təcrübə əlavə üstünlükdür.
Tələblərə cavab verən namizədlərdən müraciətləri 21.03.2021-ci il tarixinədək recruitment@pashabank.az ünvanına başlıq hissədə “UX/UI dizayner” qeyd edərək göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
800 — 1000 ₼
İnteryer və eksteryer dizaynerMadina Group MM MMC memar,interyer dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...