Üzvlərlə əlaqələr üzrə menecer
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

KOBSKA Üzvlərlə əlaqələr üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.

  • Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası Üzvlərlə əlaqələr üzrə menecer vakansiyası elan edir.
  • Komandamıza qoşulmaqla uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəksiniz.

Əsas vəzifə və öhdəliklər:

  • KOBSKA-ya üzvlərin cəlbi strategiyasının işlənib hazırlanması;
  • Assosiasiyaya yeni üzvlərin cəlb edilməsi;
  • Assosiasiyanın məhsulları, göstərdiyi xidmətlər haqqında potensial müştərilərə təkliflərin göndərilməsi;
  • Yeni üzvlərin sistemli şəkildə bazaya əlavə olunması;
  • Məlumat bazasının idarə olunması;
  • Üzvlüklə bağlı müvafiq statistikanın hazırlanması;
  • Sahibkarların müvafiq tədbirlərdə (beynəlxalq və ölkədaxili) iştirakının təmin edilməsi;
  • Üzvlər ilə işin qarşılıqlı əlaqələndirilməsi;
  • Tədbirlərin, görüşlərin planlaşdırılması və koordinasiyası;
  • Üzvlər arasında sorğu, təhlil və statistikanın aparılması;
  • Üzvlərə zəruri məlumatın verilməsini təmin etmək;
  • Müvafiq inzibati faylların (daxil olan və gedən yazışmaların) təşkili və aparılması;
  • İş prosesində cari tapşırıqların yerinə yetirilməsi;
  • Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi;
  • Dövri hesabatların hazırlanması və təhlili;
  • Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi

Tələb olunan bilik və bacarıqlar:

  • Müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi;
  • Azərbaycan və ingilis dillərində effektiv şifahi və yazılı ünsiyyət bacarıqları;
  • MS Office proqramlarında müstəqil şəkildə işləmə bacarığı;
  • İşgüzar münasibətlərin qurulması və danışıqların aparılması bacarığı;
  • Güclü araşdırma, analitik yanaşma və təhlil;
  • Komandada işləmək bacarığı;
  • Müxtəlif biznes sektorları haqqında məlumatlılıq və anlayışın olması;
  • Kommunikasiya və satış bacarıqları;
  • Güclü təşkilatçılıq və liderlik bacarıqları;
  • Punktuallıq və detallara qarşı diqqət;
  • Çeviklik və sıx qrafiklərdə yüksək performans;
  • Vaxtın səmərəli idarəsi və müəyyən edilən son tarixlərə riayət edilməsi;

İş şərtləri:

  • AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi
  • İş qrafiki: həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək, Şənbə günləri 10:00- 13:00-dək
  • Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq.
  • Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində “Üzvlərlə əlaqələr üzrə menecer” qeyd etməklə vacancy@kobska.az elektron ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
  • Müraciət üçün son tarix: 5 fevral, 2022
  • Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) sahibkarların maarifləndirilməsi, inkişaf etdirilməsi, müasir səriştələrin aşılanması, şəbəkələşmə, mübadilə və kommunikasiya, habelə beynəlxalq təcrübənin tətbiqi üçün vahid platforma ilə çıxış etmək iddiasını əks etdirir. Assosiasiyanın əsas məqsədi ölkədə yeni dövr sahibkarlıq mühitinin inkişafına xidmət etməkdir.
  • KOBSKA haqqında ətraflı məlumat üçün www.kobska.az saytına daxil olun.

Oxşar vakansiya siyahısı:

800 — 1000 ₼
Loyallıq üzrə mütəxəssis

AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

14.02.2025 - Bakı

İşə qəbul üzrə baş mütəxəssis

Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

13.02.2025 - Bakı

500₼
Təlim və motivasiya üzrə əməliyyatçı

AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

12.02.2025 - Bakı

İR üzrə Direktor

Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...

Super Toys

11.02.2025 - Bakı

500₼
Операционист, в отделе Мотивации и Обучения

https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...

AzəriMed QSC

11.02.2025 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

06.02.2025 - Bakı