İşin təsviri:
- Vaqonun texniki vəziyyətinə nəzarət edilməsi və yolda sərnişinlərə xidmət göstərilməsi;
- Vaqonun daxili avadanlığının çıxarılma inventarının saz vəziyyətdə saxlanılmasına nəzarət edilməsi; Sərnişinlərin təhlükəsiz minmə və düşməsinin təmin edilməsi;
- Gediş sənədlərinin əsasında sərnişinlərin vaqonlarda düzgün yerləşdirilməsinə əməl edilməsi;
- Sərnişinlərin gediş sənədlərinin (biletlərin) yoxlanılması;
- Əl yüklərinin qoyulmuş qayda və normalara uyğun aparılmasına nəzarət edilməsi;
- Sərnişinlərə dayanacaq məntəqələrinin adları haqqında və qatarın dayanma müddətləri barədə xəbərdarlıq edilməsi;
- Sanitariya qaydalarına müvafiq olaraq vaqonun daimi təmizliyinə nəzarət edilməsi;
- Qatarda hər hansı bir fors-major hal yarandığı zaman dərhal polis əməkdaşına və yaxud dəmir yolunun işçi heyətindən digər
- aidiyyəti şəxsə məlumatın verilməsi;
- Qatar son məntəqəsinə çatdıqdan sonra vaqonun yoxlanılması, yaddan çıxmış əşya aşkar edildikdə onları akt tərtib etməklə yaddan
- çıxan əşyaların saxlanıldığı kameraya təhvil verilməsi, kənar şübhəli əşya aşkar edildikdə vaqon avadanlıqlarını müayinə edilməsi,
- hər hansı bir çatışmazlıq və ya nasazlıq aşkar edildikdə onun aradan qaldırılması ilə əlaqədar tədbirlər görülməsi üçün aidiyyəti şəxslərə məlumat verilməsi;
- Labüd hallarda sərnişinlərə ilk tibbi yardımın (həkimə qədər) göstərilməsi.
Tələb olunan təhsil, təcrübə və bacarıqlar:
- Orta təhsil ;
- İngilis dili – yaxşı, rus dili – yaxşı;
- Sərnişin vaqonunun bələdçiləri üçün qaydalar üzrə biliklər;
- Bütün növ gediş sənədləri və əlavə ödəmə qəbzləri üzrə biliklər;
- Sərnişin qatarlarında təftiş və komissiyaya yoxlama aparmaq hüququ verən sənədlər üzrə biliklər;
- Xidmət olunan sahədə dəmir yolu stansiyalarının və düşmə-minmə məntəqələrinin yerləşməsi üzrə biliklər;
- Bütün tiplərdən olan sərnişin vaqonlarının ümumi quruluşu, yanğın təhlükəsizliyi qaydaları üzrə biliklər; Sərnişin qatarlarının
- xidməti hərəkət cədvəlindən istifadə qaydaları üzrə biliklər;
- Sərnişin vaqonları bələdçisinin təlimatı üzrə biliklər;
- Dəmir yollarında sərnişin və baqaj daşınması qaydaları, sərnişin vaqonlarının bələdçisinin təhlükəsizlik texnikası üzrə yaddaş
- kitabçaları üzrə biliklər;
- İlk tibbi (həkimə qədər) yardım göstərilməsi qaydası üzrə biliklər.
Müraciət etmə qaydaları:
- Maraqlanan namizədlərdən aşağıda link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera səhifəsinə keçid edərək vakansiyaya müraciət etmələri xahiş olunur:
- Qeyd edək ki, vakansiyaya son müraciət 07.11.2022-ci il tarixinədəkdir.https://career.ady.az/Vacancy/Get?id=3837#vp
Oxşar vakansiya siyahısı:
Sürücü
Mətanət A Sürücü vəzifəsi üzrə vakansiya elan edir. ...
Sürücü
Mətanət A şirkəti Sürücü vəzifəsi üzrə vakansiya elan edir. ...
Logistika koordinatoru
Starex Logistika koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...