Qısa məzmun
MG Consulting Vəkil vəzifəsi üzrə vakansiya elan edir. Fiziki və hüquqi şəxslərlə işləmək bacarığı olmalıdır.
İş barədə məlumat:
- Onlayn şəkildə daxil olmuş şikayətlərin/müraciətlərin təhlili və müraciət edənlərə müvafiq cavabların yazılması
- Yerli qanunvericiliklə bağlı müraciət edənlərə onlayn qaydada məsləhətlərin verilməsi
- Müraciətlər üzrə müxtəlif hüquqi sənədlərin (ərizə, şikayət, təklif və s.) hazırlanması və aidiyyatı dövlət orqanlarına göndərilməsi
- Zərurət olduğu zaman müraciət edənlərin müvafiq dövlət orqanlarında və məhkəmələrdə təmsil edilməsi
- Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların icrası
- İş qrafiki 1-5 günləri, saat 09:00-dan 18:00-dək
Namizədə tələblər:
- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaq
- Vəkil kimi ən az 3 il təcrübənin olması
- Dil bilikləri: Azərbaycan dili (Rus dili arzu olunandır)
- Fiziki və hüquqi şəxslərlə işləmək bacarığı
- Dövlət orqanları ilə işləmək bacarığı
- Sosial şəbəkələrlə işləmək bacarığı
- Ünsiyyət qurmaq və komandada işləmək bacarığı
- Standart Microsoft Office proqramlarında qabaqcıl kompüter bacarıqları (Word, Excel, və s.)
Müraciət Qaydası
Əvvəlki təcrübə haqqında ətraflı məlumat əks etdirən CV 12 aprel 2021-ci il tarixinədək office@mgc.az email-nə göndərilməlidir (mövzu yerində “Vəkil” yazılmaqla). Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.