Vergi mühasibi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Avromed Company QSC Vergi mühasibi vəzifəsi üzrə vakansiya elan edir. Təzyiq altında işləmək qabiliyyəti olmalıdır.

Əsası 2002-ci ildə qoyulmuş “Avromed Company” QSC dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsal etdiyi əczaçılıq məhsullarının Azərbaycandakı ən böyük distribyütorlarından biridir.

Şirkət Vergi mühasibi vəzifəsinə təcrübəli işçi dəvət edir.

Tələblər:

  • Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə ali təhsil
  • Pərakəndə və topdan ticarət sektoru sahəsində 5 ildən artıq iş təcrübəsi
  • Vergilərə dair bütün yeniliklərdən məlumatlı olmaq və onları işdə tətbiq etmək bacarığı;
  • Microsoft Office və MS Excel proqramları üzrə yüksək səviyyədə istifadə bacarığına malik olmaq

Vəzifə və Öhdəliklər:

  • Vergilərin müvafiq qaydada hesablanmasının təmin etmək məqsədilə mühasibat əməliyyatlarında vergi monitorinqinin aparılması.
  • Vergilərin hesablanması, bütün vergi hesabatlarının yerli vergi qanunvericiliyinə əsasən hazırlanması və vergi orqanlarına vaxtında təqdim edilməsi.
  • Şirkətin vergi və mühasibatlıq prosedurlarında səmərəliliyin artırılması üçün təkliflərin hazırlanması və onları tətbiqi.
  • Gəlir vergisi, ƏDV, əmlak vergisi və s. kimi Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi.
  • Vergi yoxlanışları zamanı auditorlarla işləri koordinasiya edilməsi və tələb olunan məlumatların vaxtında və dəqiq təmin edilməsi.
  • Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Nazirliyi və vergilər üzrə məsləhətçilərlə yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması.
  • Gömrük bəyannamələrinin yoxlanması və izlənməsi.
  • Vergi hesablamalarının və ödəmələrinin vergi hesabı ilə uzlaşdırılması.
  • Təxirə salınmış vergilərin hesablanması.
  • Şirkətdə əmək haqqları ilə bağlı aylıq vergilərin sistemə daxil edilməsi.
  • Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıq və vəzifələrin yerinə yetirilməsi.

Tələb olunan kompetensiyalar:

  • Riyazi təfəkkür
  • Analitik düşünmə bacarığı və statistik göstəricilərin əldə edilməsi
  • Səbr, təmkin və detallara diqqət
  • Təzyiq altında işləmək qabiliyyəti
  • Güclü problem həlletmə və qərar qəbuletmə bacarıqları;

Maraqlananlar CV-lərini “vacancy@avromed.az” elektron poçt ünvanına 21.02.2020-ci il tarixinədək göndərə bilərlər.

Elektron məktubun mövzu (subject, тема) hissəsində Vergi mühasibi yazmaq tələb olunur.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

700₼
Aparıcı kredit mütəxəssisi

Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

02.04.2025 - Bakı, Bərdə

450₼
Kredit mütəxəssisi

Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

02.04.2025 - Bakı, Bərdə

600 — 1000 ₼
Mühasib köməkçisi

Turban Moda Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Turban Moda

28.03.2025 - Bakı

701₼
Mühasib

Pro Con İzo Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

19.03.2025 - Bakı

Commercial Analyst

https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...

Agro Dairy LLC

14.03.2025 - Bakı

1₼
Maliyyə mütəxəssisi

AQA Şirkətlər Qrupu Maliyyə mütəxəssisi vakansiyasını elan edir. ...

AQA Şirkətlər Qrupu

14.03.2025 - Bakı

700₼
Kassir-operator

Pro Con İzo Kassir-operator vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

13.03.2025 - Bakı