AzInTelecom” MMC Vergi mühasibi vakansiyasını elan edir.
Şirkət haqqında:
Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim etməyi özünə hədəf seçən “AzInTelecom” MMC şirkəti 2015-ci ilin iyun ayından Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərir. AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və ISO 20000, ISO 27001 və Uptime Institute tərəfindən TIER III sertifikatları ilə təltif olunan 24/7 rejimində texniki dəstək göstərən yeni yaradılmış “AZCLOUD” bulud xidmətlərindən ibarətdir.
Şöbə:
Maliyyə departamenti/Mühasibatlıq şöbəsi
Vəzifə öhdəlikləri:
- Vergi uçotunu Uçot siyasəti və Vegi Qanunvericiliyinə əsasən aparmaq;
- Vergi ödənişlərinə nəzarət etmək;
- Vergi bəyannamələrini hazırlamaq (ƏDV, ÖMV, Muzdlu, Mənfəət və digər tələb olunan);
- Uçotu daxili şöbələrlə əlaqəli qurmaq;
- Vergi risklərini hesablamaq və rəhbərliyə vaxtında məlumat vermək;
- Birbaşa rəhbərin tapşırığı əsasında digər əlaqəli işlər.
Tələb olunan bilik və bacarıqlar:
- Biznes detallarını anlama və analitik düşünmə bacarığı;
- Excel proqramında sərbəst işləmə bacarığı;
- Stressə davamlılıq;
- Dəyərlərə bağlılıq və loyallıq prinsipləri
- Komandada işləmə bacarığı;
- Tapşırıqları vaxtında və düzgün yerinə yetirmə bacarığı;
- Konfidensiallıq
Təhsil:
- Ali (iqtisad və ya maliyyə sahəsində)
Dil bilikləri:
- Azərbaycan və rus dili (sərbəst), ingilis dili (arzuolunan)
İş təcrübəsi:
- Vergi sahəsində 2 ilədək təcrübə
Xüsusi tələblər:
- Vergi Məcəlləsi üzrə mükəmməl biliklər;
- ACCA F3;
- BİG4 şirkətlərinin vergi departamentində təcrübəsi olanlara üstünlük veriləcək;
İş qrafiki:
- 09:00-18:00; (Bazar ertəsi – Cümə)
CV-lərinizin mövzu sətrində vakansiyanın adını qeyd edərək, hr-department@azintelecom.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...