Qısa məzmun
Zəhmət Ruzi MMC Vergi uçotu üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Vergilərin müvafiq qaydada hesablanmasını təmin etmək məqsədilə mühasibat əməliyyatlarında vergi monitorinqinin aparılması.
- Kreditor və debitor borclarının uçotunun, xərclərin, əsas vəsaitlərin, maya dəyəri uçotunun, anbar əməliyyatlarının və digər baş kitab əməliyyatlarının tam və dəqiq olmasının, müvafiq qanun və qaydalara, eləcədə beynəlxalq və daxili mühasibatlıq standartlarına uyğun olmasının təmin edilməsi və nəzarətdə saxlanılması;
- İlkin sənədlərin nəzərdən keçirilməsi və müvafiq materialin 1C sisteminə yerləşdirilməsi;
- Hesablar planının, eləcə də hesablar planı təlimatının tam şəffaf tətbiq edilməsini təmin etmək;
- Vergilərin hesablanması, mənfəət vergisi, muzdlu işlə bağlı vergilər, gəlir vergisi, ƏDV, əmlak vergisi, ödəmə mənbəyində tutulan vergilər, sosial ayırmalar və s. kimi bütün vergi hesabatlarının yerli vergi qanunvericiliyinə əsasən hazırlanması və vergi orqanlarına vaxtında təqdim edilməsi.
- E-qaimələrin vergi portalında hazırlaması və 1C sistemində idarə edilməsi;
- ƏDV uçotunun dəqiq aparılması və ƏDV əvəzləşmələrinin icra edilməsi;
- Əsas vəsaitlərin uçotunun apraılmasının təşkili;
- Vergi yoxlamaları (səyyar və kameral) zamanı auditorlarla işləri koordinasiya edilməsi və tələb olunan məlumatların vaxtında və dəqiq təmin edilməsi;
- Vergi uçotu ilə bağlı fəaliyyətlərin, vergi məqsədli maliyyə hesabatlarının hazırlanıb təqdim edilməsini təmin etmək və nəzarətdə saxlamaq;
- Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Nazirliyi və vergilər üzrə məsləhətçilərlə yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması;
- Gömrük bəyannamələrinin yoxlanması, izlənməsi və emal edilməsi;
- Vergi hesablamalarının və ödəmələrinin şəxsi vərəqə ilə üzləşdirilməsi;
- Təxirə salınmış vergilərin hesablanması;
- Şirkətdə əmək haqqları ilə bağlı aylıq vergilərin sistemə daxil edilməsi;
- Şirkətin vergi və mühasibatlıq prosedurlarında səmərəliliyin artırılması üçün təkliflərin hazırlanması və onları tətbiqi;
- Mühasibatlıq və vergi qanunvericiliyində baş verən dəyişikliklərin izlənilməsi və müvafiq olaraq şirkətin vergi uçotunun tənzimlənməsi;
- Maliyyə direktorunun verdiyi digər əlavə tapşırıq və göstərişlərinin yerinə yetirilməsi;
- Bütün növ ciddi hesabat sənədlərinin qeydiyatını aparır.
Tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: 3 il
- Yaş həddi: 25 – 40 yaş
- Kompüter bacarığı: MS Office, 1C Proqramının 8.3 konfiqurasiyasında işləmə bacarığı
İş şəraiti:
- Ofis Xırdalan şəhərində yerləşir
- 5 günlük iş həftəsi
- İş vaxtı: 09:00 – 18:00
- Əmək haqqı: 1200-1500 AZN
Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) elektron ünvanına mövzu hissəsində “VERGİ UÇOTU üzrə MÜHASİB” qeyd etməklə göndərə bilərlər
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...