Qısa məzmun
Elektron Hökumətin İnkişafı Mərkəzi Verilənlər bazalarının idarəedilməsi şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Vəzifə funksiyaları:
- Tabeliyində olan işçilərin iş yerlərinin vəzifələrinə uyğun təşkil və təmin olunmasına nəzarət edilməsi;
- Əməkdaşların kvalifikasiyasının yüksəldilməsi üzrə planlamaların aparılması, tədris proseslərinin təşkil edilməsi;
- Məhsuldar iş üçün lazımi şəraitin yaradılması, şöbənin səviyyəsinin və səmərəliliyinin artırılması üçün tədbirlərin hazırlanması;
- Şöbədaxili kadr tələblərinin təhlil edilməsi;
- Şöbədə kadrların seçilməsi və yerləşdirilməsi, şöbənin işçiləri üçün mənəvi və maddi təşviqlər üzrə üst rəhbərliyə təkliflərin təqdim edilməsi;
- • Şöbənin işçilərinin səlahiyyətinə aid bir sıra məsələlərin müəyyənləşdirilməsi, şöbənin işçiləri arasında vəzifələrin bölüşdürülməsi, zəruri hallarda iş təlimatlarının hazırlanması və nəzərdən keçirilməsi;
- Şöbənin iş fəaliyyətinin təşkili və nəzarətinin planlaması, digər şöbələrlə iş fəaliyyətinin effektivliyinin qiymətləndirilməsi;
- Şöbədaxili iş rejimi və qrafiklərin tənzimlənməsi;
- Verilənlər bazaların təhlükəsizliyinin təmin olunması ilə bağlı işlərin planlaması və təşkili;
- İnfrastrukturda verilənlər bazalarının təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması;
- Şöbədaxili işlərin yerinə yetirilməsi, həmçinin verilənlər bazaları üzrə texniki sənədləşmənin hazırlanması;
- Verilənlər bazalarının inteqrasiyası, miqrasiya işlərinin mərhələli şəkildə planlaması;
- • İnteqrasiya və miqrasiya proseslərinin hər mərhələsindən sonra və yekunda bazaların təhlil edilməsinin təşkili və nəticələrə uyğun qərarların qəbul edilməsi;
- Verilənlər bazalarında yeni texnologiyaların tətbiqi ilə bağlı təkliflərin hazırlanması və planlaması;
- Bazaların təşkili, onun fasiləsiz işinin təmin edilməsi, inteqrasiyası, miqrasiya işlərinin aparılması, yeni texnologiyaların tətbiqi ilə bağlı reqlament sənədlərinin hazırlanması;
- Strukturun və fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir;
- Vəzifəsi üzrə departament müdiri tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.
Tələblər
- Təhsil və ixtisas:
- Ali təhsil;
- Müvafiq ixtisas kursları (üstünlükdür).
Dil bilikləri:
- Azərbaycan dili (yüksək səviyyədə);
- İngilis dili (üstünlükdür);
- Rus dili (üstünlükdür).
İş təcrübəsi:
- Sahə üzrə iş təcrübəsi minimum 3 (üç) il.
Peşəkar bacarıqlar:
- ITIL prinsipləri üzrə biliklər;
- MS SQL, Mongo, MySQL, PostgreSQL DB;
- Linux, Windows platformalarında verilənlər bazası ilə işləmə;
- Yüksək yüklü verilənlər bazasının idarə edilməsi;
- Komandanın idarə edilməsi;
- Verilənlər bazalarının İT təhlükəsizliyi üzrə biliklər;
- Database Backup, Restore and Recovery;
- HA klasterlərin qurulması;
- Təqdimat bacarıqları;
- Agile” metodologiyasına uyğun olaraq bilik və işləmək bacarıqları.