Videomanitorinq üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AZDIZAYN GROUP Videomanitorinq vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili səlis
  • Kompüter bilikləri (MS Office,) Excell iş təcrübəsi üstünlükdür;
  • İşə planlı yanaşma;
  • Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;
  • Diqqətlilik;
  • Məsuliyyətlilik;
  • Dəqiqlik;
  • Operativlik;
  • Yaş həddi 25-35;

İş haqqında məlumat:

  • Cəmiyyətin daxili korporativ aktlaırnın, reqlamentilərinin icrasının təmin edilməsi üçün müntəzəm video monitorinq aparır, bu əsnada pozuntu aşkar etdikdə məsələ barədə dərhal şöbə müdirinə yazılı məlumat verir;
  • Cəmiyyətin əməkdaşlarının əmək və icra intizamına əməl etməsinə video monitorinq vasitəsilə nəzarət edir, bu barədə gündəlik olaraq İnsan Resursları departamenti direktoruna və şöbə müdirinə məlumat verir;
  • Cəmiyyətin anbarında, satış mərkəzlərində əməkdaşların davranışlarına, etik qaydalara riayət etməsinə, stress vəziyyətlərdə davranışına video müşahidə vasitəsilə nəzarət edir;
  • Cəmiyyətin əməkdaşları tərəfindən özlərinin işgüzar fəaliyyətləri və Cəmiyyətin kommersiya fəaliyyəti barədə (məhsulları, onların qiyməti, çeşidi, xüsusiyyəti, Cəmiyyətin müştəriləri və s.) sosial media hesablarında, özlərinə məxsus olan və ya olmayan hesab, profil və adlardan istifadə edərək paylaşımlar etməsinə nəzarət edir, bu barədə fakt aşkarladıqda dərhal aktlaşdıraraq şöbə müdirinə məlumat verir;

İş şəraiti:

  • 6 günlük iş həftəsi ;
  • Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Korporativ nömrə;
  • Nahar verilir:
  • Əmək haqqı razılaşma yolu ilə

Vakansiyaya müraciət üçün CV-ləri “Videomanitorinq üzrə mütəxəssis” başlığı ilə hr@az-dizayn.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...