Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Massi MMC Vəkil vəzifəsi üzrə vakansiya elan edir. Əmək haqqı müsahibə zamanı əməkdaşın bilik və savad səviyyəsinə uyğun təyin olunacaq.
Əsas vəzifə öhdəlikləri:
- Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, rəylərin verilməsi
- Şirkətin hüquqi maraqlarının məhkəmələrdə, hökümət orqanlarında və özəl idarələrdə müdafiəsi, həmçinin məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin aparılması
- Məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi
- Xarici hüquqi şəxslərlə bağlanılan müqavilələrin və eləcə də digər müqavilələrin hüquqi ekspertizasının aparılması və hüquqi rəyin tərtib edilməsi
- Daxili korporativ aktların, əmr, təlimat, qayda və prosedurların, əsasnamələrin hazırlanmasında iştirak, onların hüquqi ekspertizası
İş qrafiki:
- Sərbəst iş qrafiki
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur.
- Əlverişli iş mühitində çalışmaq imkanı
- Karyera və inkişaf perspektivləri
Namizədə tələblər:
- Hüquq sahəsində ali təhsil
- Müvafiq sahədə minimum 5 il iş təcrübəsi
- Lizinq sahəsində təcrübəsi olanlara üstünlük veriləcək
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-ni mövzu hissəsində “Distant Vəkil ” qeyd etməklə hrmassi2@gmail.com e-mail ünvanına göndərmələri xahiş olunur.