Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Bank Respublika ASC Web developer vəzifəsi üzrə vakansiya elan edir. Texniki-riyazi düşünmə bacarığı olmalıdır.
Ümumi vəzifə öhdəlikləri:
- Texniki tapşırıq və ya bankın biznes proseslərinin təhlili əsasında proqram təminatlarının hazırlanması, onların testdən keçirilməsi, düzəlişlərin edilməsi;
- İşlənib hazırlanmış proqramlara Bank işinin analizi əsasında düzəlişlərin edilməsi;
- Proqramlarla iş üzrə istifadə qaydalarının hazırlanması, zəruri texniki sənədləşmənin aparılması;
- Tətbiq edilmiş proqram və proqram vasitələrinin müşayiətinin aparılması;
- Hazır proqram komponentlərinin unifikasiya və optimizasiyası üzrə işlərin aparılması.
Namizədə qarşı tələblər:
- Ali təhsil (aidiyyatı sahə üzrə);
- PHP bilikləri: yüksək səviyyədə;
- SQL, JavaScript, HTML, CSS üzrə biliklər orta səviyyədə;
- Aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Texniki-riyazi düşünmə bacarığı;
- Yeni texnologiyalara yiyələnmək həvəsi;
- Məsuliyyətlilik, dəqiqlik, operativlik;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
- Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
- Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 fevral 2021-ci il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Web developer (PHP)” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m7byl3sgdk Təsvir Ensure the bank’s information security; Regularly check and evaluate networks and systems to identify security vulnerabilities; M ...
İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə kiçik mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Yelo Bank ASC Korporativ idarəetmə üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelekom MMC QA Manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Aparıcı proqramçı (PL/SQL üzrə) vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...