Qısa məlumat:
- Korporativ saytlar
- Veb tətbiqlər (web application)
Namizədə Tələblər:
- Müvafiq sahədə ən azı 2 il peşəkar təcrübə, həmçinin 2 veb tətbiqin qurulmasında iştirak/təcrübə;
- Veb məhsulun yaradılması və komandanın idarə olunması sahəsində təcrübə;
- Tələblərin toplanması, məlumatların analizi və ya proqram təminatı sahəsində təcrübə;
- Güclü təhlil, məntiq və riyazi bacarıqlar,
- Layihələrin idarəetmə və təqdimat bacarığının olması;
- Analitik düşünmə və problem həll etmə qabiliyyəti;
- Komandada və fərdi şəkildə işləmək bacarığı;
- “Agile” və “Scrum” metodologiyaları üzrə məlumatlılıq;
- İngilis və Rus dillərini mükəmməl bilmək arzu olunandır;
- Yaş həddi: 25-38 arası.
Vəzifə Öhdəlikləri:
- Sifarişçi ilə görüşlərin və müsahibələrin keçirilməsi;
- Biznesin və layihənin tələblərini müəyyənləşdirmək və məlumatların əks olunduğu briflərin tərtib olunması;
- İstifadəçi rollarını, istifadəçinin xəritəsini (user map), istifadəçinin funksionallığını müəyyənləşdirmək;
- Figma proqramında prototip hazırlamaq və Loom proqramı üzərində video təqdimatını hazırlamaq
- Texniki tapşırıqların yazılması və komanda/müştəri ilə bölüşülməsi;
- Layihənin icrası zamanı, dizayn və proqramlaşdırma komandası ilə sıx əməkdaşlıq, sualların cavablandırılması və istiqamətləndirilməsi;
- Layihənin uğur qazanması və tələblərə uyğun hazırlanması üçün prosesə rəhbərlik etmək;
- İstifadəçilərin tələblərini öyrənmək və onları qeyd etmək;
- Məhsul ilə bağlı tələbləri və problemləri aşkarlamaq üçün komanda üzvləri ilə əməkdaşlıq etmək;
- Məhsulun və layihənin inkişafı üçün yeni təkliflər hazırlamaq;
- Tələblər və yekun materialları proqram təminatı komandası və layihə rəhbəri ilə müzakirə etmək;
- Layihə ilə bağlı yerinə yetirilməmiş işlərin siyahısını tərtib etmək, yeniləmək və prioritetləşdirmək;
- Maraqlı tərəflərlə birlikdə məhsulun istifadəyə buraxılmasının planlaşdırılması və icra olunması;
- Layihələrlə bağlı gedişatı izləmək və qiymətləndirmək;
- Məhsulun hazırlanma prosesində hərtərəfli şəkildə izləmək və istiqamət verməklə proqram təminatı komandası ilə sıx əlaqə;
- Sifarişçinin məmnuniyyətini artırmaq üçün layihənin gedişatını və son məhsulun keyfiyyəti barədə araşdırma etmək və nəticələri komanda ilə bölüşmək;
- Layihələrin sonunda hesabatın formalaşdırılması və layihə ilə bağlı bütün məlumatların arxivlənməsi.
Tez tez verilən suallar:
- Sizinlə frilans işləyə bilərəmmi?
- Bəli işləyə bilərsiniz, layihənin həcmindən asılı olaraq məvacibi razılaşdıra bilərik.
- Əlaqə:
- hr@prosper.az
- CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. CV formasında əsas məlumatları lokanik və aydın qeyd olunmalıdır.
- Nəzərə almaq vacibdir ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır. Belə ki, rica edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir.
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m7byl3sgdk Təsvir Ensure the bank’s information security; Regularly check and evaluate networks and systems to identify security vulnerabilities; M ...
İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə kiçik mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Yelo Bank ASC Korporativ idarəetmə üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelekom MMC QA Manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Aparıcı proqramçı (PL/SQL üzrə) vəzifəsinə işə qəbul elan edir. ...