Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Logist LLC WMS Operator vəzifəsi üzrə vakansiya elan edir. Logistika sahəsində minimum 1 illik iş təcrübəsi tələb olunur.
Vəzifənin öhdəlikləri:
- Anbara daxil olan qəbul sənədlərini çap etmək və təyin olunmuş prosedurlara uygun
- Qəbul sənədlərinin qəbul üçün terminala göndərmək
- Mallarin qəbul gedişatına nəzarət etmək
- Malların sistem tərəfdən düzgün qəbul olunmasına nəzarət etmək (istehsal tarixi, partiya və plan üzrə sayları)
- Qəbul olunmuş malların anbarda sistemlə yerləşdirilməsini təşkil edib nəzarət etmək
- ERP və ya başqa məlumat mənbəyindən WMS-ə sifarişləri yükləmək
- Yığılmalı olan sifarişlər haqqında daim məlumat toplamaq, terminallara göndərilməsi və tam hazırlanmağına nəzarət etmək
- Sifariş üçün yığım zonasında çatmayan malları operativ şəkildə saxlanma xanalardan endirmək üçün tapşırıqlar yaratmaq
- İşçilərin aktivliyinə nəzarət etmək və anbar müdirləri ilə daim əlaqədə olmaq
- Anbarda istifadə edilən hesabatları sistemdə hazır edib təqdim etmək
- WMS sisteminin anbarda tam qaydası ilə işlənməsinə nəzarət etmək və bütövlüyünə cavabdeh olmaq.
- Anbar işçilərinin istifadə etdiyi avandanlıqları təhvil təslim etmək.
Şərtlər:
- Əmək haqqı : Namizədə uyğun olaraq 400 – AZN başlayaraq
- İş qrafiki : Həftə içi 9:00 – 18:00, Şənbə 9:00 – 14:00, İstirahət günü – Bazar
- AR qanunvericiliyinə əsasən sənədləşmə
- Şirkət nömrəsi ilə təmin olunma
Namizədə tələblər:
- Ali təhsil
- logistika sahəsində minimum 1 illik iş təcrübəsi
- Microsoft Office proqramlarında işləmə bacarığı
- Rus və İngilis dillərinin olması arzuolunandır
- Şifahi və yazılı ünsiyyət qurma bacarığı
- Lökbətan qəsəbəsi ərazisində yaşaması arzuolunandır
Maraqlanan namizədlərdən öz CV-lərini info@logist.az poçt ünvanına, mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərmələri xahiş olunur. Seçilmiş namizədlər ardıcıl olaraq test və müsahibəyə dəvət ediləcəklər.Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.