Xadimə
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Halal-P şirkəti Xadimə vəzifəsi üzrə vakansiya elan edir.

İşin təsviri:

  • Ofisin daimi təmizliyini təmin etmək;
  • İstifadə etdiyi əşya və ləvazimatların gigiyenik olmasını təmin etmək;
  • Ofisdə və mətbəxdə nəzərə çarpacaq səliqə-sahman yaratmaq;
  • İş prosesində və işdən sonrakı dövrdə əmək fəaliyyəti ilə bağlı proseslərin məxfiliyini saxlamaq;
  • Şirkətin daxili prosedur qaydalarına riayət etmək;
  • Rəhbərlik tərəfindən verilən digər göstərişləri icra etmək.

Tələblər:

  • Əmək və daxili  intizam qaydalarına əməl etməli;
  • İş prosesi ilə bağlı ona məlum olan sirri qorumalı;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik,  sanitariya və yanğından mühafizə norma və qaydalarına riayət etməli
  • İş prosesində lazımı avadanlıqlarla təmin olunmasını tələb etməli
  • Səliqəli xarici görünüş
  • Kollektivdə işləmək bacarığı
  • Mədəni və etik davranış qabiliyyətinə malik olmalı
  • Məsuliyyətli, operativ və ciddi olmalı

Dəyərlərimiz:

  • İnkişaf və davamlı öyrənmək istəyi
  • Qayğı göstərmək və kömək etmək istəyi
  • Dürüstlük və ədalətli mübadilə.

Seçim bir neçə mərhələdə aparılır:

  • CV – bənzər bir təcrübənin varlığına baxırıq
  • Doldurulmuş anket forması – cavab sürətinə və anketin məzmununa baxırıq
  • Üz-üzə müsahibə – “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik”
  • Rəhbərlə müsahibə

Şərtlər:

  • Iş cədvəli: standart 5 günlük 9.00-dan 18.00-dək;

Əmək haqqı: 400 AZN

Bu linkə daxil olun və anket formasını doldurun. Onu da CV ilə birlikdə e-mail ünvanına göndərməyi unutmayın.

Bizimlə iş şən və perspektivlidir!

Oxşar vakansiya siyahısı:

500₼
Xadimə

ADORE kompani Xadimə vəzifəsi üzrə vakansiya elan edir. ...

ADORE kompani

22.10.2024 - Bakı