Qısa məzmun
Ə/h 400 AZN. Sirab ASC Xadimə vəzifəsi üzrə vakansiya elan edir.
Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Orta;
- Dil bilikləri: Azərbaycan-səlis;
- Minimum 1 il iş təcrübəsi (müvafiq sahə üzrə);
- Cinsi: Qadın;
- Otaqların, yerlərin təmizliyinin sanitariya və gigiyena qaydalarını bilməli;
- Xidmət göstərdiyi alət, cihaz və avadanlıqların təyinatı və quruluşunu bilməli;
- Yuyucu və dezinfeksiyaedici maddələrin qatılığını və onlardan təhlükəsiz istifadə edilməsini bacarmalı;
- Sanitar-texniki avadanlıqların istismarı qaydalarını bilməli.
Fərdi keyfiyyət göstəriciləri:
- Məsuliyyətlilik;
- Operativlik;
- Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Ofis otaqlarının, dəhlizlərin, pilləkənlərin və şirkət ərazisində olan digər yerlərin təmizlik işlərinin görülməsi;
- Döşəmələri, tavanı, pəncərələri, mebelləri, xalçaları təmizlənməsi;
- Sanitar-texniki avadanlıqları təmizləyir və dezinfeksiya edilməsi;
- Yığılan zibili müəyyən edilən yerə daşınması;
- Təmizlik apardığı yerlərdə sanitariya və gigiyena qaydalarına əməl edilməsi;
- İstifadə məqsədilə yuyucu vasitələrin, ona işində lazım olan mal-materialın tükənməməsinə və daimi tədarük olunmasına nəzarət edilməsi.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: 400 AZN;
- Yemək şirkət tərəfindən;
İş yeri: Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı)
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Xadimə” yazmaqla mail ünvanına göndərmələri və ya şirkət nömrəsi (+99412 404 32 38) ilə əlaqə saxlamaları xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.