Qısa məzmun
Ə/h 400-500 AZN. Lunchef catering MMC Xadimə vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Bu vəzifə təlimatının nəzərdə tutduğu vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar olan işin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürmək
- Vəzifələrini icra edərkən lazım olan məlumatları tələb etmək
- Xadimə öz səlahiyyətləri çərçivəsində, bütün meydana çıxan çatışmazlıqlar barədə bilavasitə yeməkxananın supervayzerinə məlumat vermək
Namizədə tələblər:
- Əmək və nizam-intizam qaydalarına riayət etməlidir
- Şirkətdə (yeməkxana ərazisində) təmizlik işlərinin həyata keçirilməsini, o cümlədən döşəməni silib-süpürmək, pəncərə və qapıları yuyub-təmizləmək, şüşələri silmək, stol və avadanlıqların tozunu almaq
- Şirkətin rəhbərliyi tərəfindən tapşırılan təmizlik işi ilə əlaqədar digər işləri yerinə yetirmək
- İş yerini təmizləmək,yığışdırmaq və otağın havasını dəyişmək
- Qabların yuyulması zamanı hazırlıq işlərini görmək
- Stolların üstünə salfet qablarının, ədvalar olan cihazların düzülməsi və iş günü ərzində onların doldurulması
- Ona etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə cavabdehlik daşıyır
- Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigeniya və mülkü-müdafiə qaydalarına riayət etməlidir
- Fəaliyyətinə həvəslə yanaşmalı, yaradıcı, enerjili, intizamlı təşkilatçılıq, kommunikabellilik nümayiş etdirməli, peşəsi ilə bağlı yeni texniki biliklər və təcrübələr toplamalı, sosial, təşkilati və fərdi psixoloji ovqatı qavramağı bacarmalıdır
- Vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirməlidir
- İş ağırlığı ilə bağlı olaraq komanda yoldaşlarına kömək etmək və komanda ilə işləmə təşəbbüsü göstərmək