Qısa məzmun
Ə/h razılaşma yolu ilə. ZETA Group of companies Xadimə üzrə vakansiya elan edir. Təmizlik vasitələri haqqında məlumatlı olmalıdır.
Vəzifəyə dair tələblər:
- Təhsil tələbi: Orta
- Staj tələbi: 1il+
- Bilik və təcrübəyə dair tələb:
- Dil bilikləri: Azərbaycan (əla)
- Təmizlik vasitələri haqqında məlumatlı olmaq
- Bacarıq və qabiliyyətlər:
- Ünsiyyət qurma bacarığı
- Səliqəlilik
- İş yeri 1st Fitness , Vurğun Residence
- İş vaxtı 1- smen 7 00 – 15 00
- 2- smen 15 00 – 23 00( ikinci smene xadimə axtarılır)
Əsas vəzifə və öhdəliklər:
- Şirkətin mağazalarında qoyulmuş standartlara uyğun təmizliyin təmin edilməsi;
- Xidməti ərazinin, dəhlizlərin, ayaqyollarının gündəlik və ümumi təmizlənməsi;
- Tozun alınması, divarların, döşəmələrin,pəncərələrin, qapıların, mebel, xalçaların və digər təmizlənməyə ehtiyacı olan ərazı inventarı əl ilə və ya texniki vasitə ilə təmizlənməsi;
- Əl-üz yuyanın və digər santexnika avadanlıqlarının təmizlənməsi və dezinfeksiyası;
- Zibilin yığılması və müəyyən olunmuş yerə aparılması;
- Təmizliyə riayət üçün lazımi ləvazimatların müəyyən olunmuş qaydada və miqdarda istifadə olunması və onların ehtiyyatı haqda mağazanın məsul şəxslərinə vaxtlı-vaxtında məruzə olunması;
- Şirkətdaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət etmək.